beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Qriqoris

Müqəddəs Qriqoris - Alban katolikoslarından biri.Mxitar Qoşun katolikoslar siyahısında adı 8-ci yerdə çəkilir və qeyd edilir ki, "Müqəddəs Qriqorisə qədərki dövrdə katolikos kim olub bəlli deyil. Parfiya məşəli Qriqoris həmin kürsüdə ikiqat şöhrətə malik olmuşdu."

Həyatı
Qriqoris IV əsrin əvvəllərində, indiki Kayseridə - o zamanlar Caesaria Mazaca adlanan şəhərdə doğulmuşdu. Babası Müqəddəs I Qriqori, atası Müqəddəs I Vrtanes və qardaşı Müqəddəs I Husik Erməni Qriqorian Kilsəsi katolikosu olmuşdular. Əslən parfiyalı idi. 301-ci ildə Müqəddəs I Qriqori erməniləri xristianlaşdırdı və 24 il sonra nəvəsi Qriqorisi Qafqaz Albaniyasına göndərdi. Hələ 15 yaşı olan Qriqoris katolikos oldu. Qriqoris təxminən 340-cı illərdə Maskut çarlığı ərazisində xristianlığı təbliğ edərkən Ermənistanın güclənməsindən çəkinən çar Sanatruk tərəfindən həbs olunmuş, ayaqları və əlləri gərilərək atlara bağlanmış və Nüğdi kəndi yaxınlığındakı vadidə şəhid olunmuşdur.

Amaras monastırı
Əsas məqalə: Amaras monastırı
489-cu ildə III Vaçaqan tərəfindən sümükləri tapılmış və Amaras monastırında dəfn olunmuşdur.


Tarix: 30.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Qafqaz Albaniyası