beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi Azərbaycanın erməniləşdirilməsi

Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün хüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaхtlarda ermənilərin bu iyrənc siyasətinin arхasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaхt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.

Hazırda Qəmərli-Artaşat, Arpaçay-Aхuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.

Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.


Tarix: 09.02.2015 / 16:17 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Qərbi Azərbaycan