beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əyrivəng (Kəvər)

Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.9) qeydə alınmışdır.
Tarixi
Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən (365, s. 114-115; 337, s.238; 339, s.42) və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur.

Əfəndi – 1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb.
Əyrivəng – 1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.
Mədəniyyəti
Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür.
Əhalisi
Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər (415, s.68-69, 144-145), 1918-ci ilin yanvarında 706 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş (309, s.220) və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır (415, s.69, 145). 1931-ci ildən sonra kənddə yaşayan azərbaycanlılar ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə yalnız ermənilər yaşayır.

İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.


Tarix: 06.02.2015 / 19:23 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qərbi Azərbaycan