beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Talış (Karbi)

Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.

Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur.

Toponim qızılbaş türk tayfasından olan talış etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.


Tarix: 06.02.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Qərbi Azərbaycan