beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pir Davudan kəndi

Tarixi
Pircavidan - Yelizavetpol (Gəncə) quberniaysının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Qafandan 37 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində yerləşir.

Kəndin adı mənbələrdə Pirdavdan (415, s.62), Pirdovudan (348, s.202) formalarında qeyd edilir. Lakin kəndin əsl adı «Pircavidan»dır.

Kənddə 1831-ci ildə 17 nəfər, 1873 - cü ildə 135 nəfər, 1886-cı ildə 223 nəfər, 1897-ci ildə 254 nəfər, 1904 - cü ildə 231 nəfər, 1914 - cü ildə 360 nəfər azərbaycanlı yaşamışdır (415, s.6264, 136-137). 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır (415, s. 136-137). Sonralar kənd Gecalan şəhərinə birləşdirilmiş və xüsusi yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim Babəkin qəhrəmanlarından olan Cavidanın adı ilə bağlıdır və «Cavidana aid olan pir, Cavidan piri» mənasını ifadə edir. Antropotoponimdir. Qafan rayonu ərazisində Babəkin Bəzzeyn qalasının olması fikrimizə bir doğruluq gətirir. Quruluşca mürkkəb toponimdir.

XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.


Tarix: 06.02.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan