beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabulaq (Abaran)

Qarabulaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında indi Abaran rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir.

«İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.

Toponim Azərbaycan dilində «içməyə, istifadəyə az yararlı», «ağır, aşağı keyfiyyətli su», «çirkli, bulanıq su mənasında işlənən qara sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib «Qarabulağın yanında salınan kənd» mənasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan