beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Hüseynov (II)

Vaqif Aslan oğlu Hüseynov — İqtisad elmləri namizədi, Saatlı rayonu İcra hakimiyyətinin başçısı (2005-2008).

Həyatı
Vaqif Aslan oğlu Hüseynov 9 oktyabr 1947-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Vaqif Hüseynov qonşu Toxluca kəndində I sinifə gedib, Ağbulaqda təhsilini davam etdirib və Ardanış kəndində məktəbi bitirib.

1966-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı instituna daxil olub. 1971-ci ildə xalq təsərrüfatının planlaşdırılması üzrə iqtisadçı ixtisasına yiyələnib.

Bakı İdman malları fabrikində sıravi işçidən direktor müavini vəzifəsinədək yüksəlib.

1996-cı ilin oktyabrndan Azərbaycan Respublikası Kənd Təsərrüfatının Nümunəvi Özəl Təsərrüfatlarının Formalaşmasına Yardım Layihəsini Həyata keçirən mərkəzin işçi orqanına rəhbərlik etmişdir. 1999-cu ildən isə o Kənd Təsərrüfatında Özəl bölmənin inkişafına Yardım agentliyinin rəhbəri vəzifəsini icra etmişdir.

13 dekabr 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Aslan oğlu Hüseynov Saatlı rayon İcra hakimiyyətinin başçısı təyin edilib.

25 aprel 2008-ci ildə prezident İlham Əliyevin 2775 saylı sərəncamı ilə V.A.Hüseynov Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.


Tarix: 05.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Qərbi Azərbaycan