beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmikli blinçik piroqu (Uşaqlar üçün)

Sizə lazım olacaq ərzaqlar:

Süd 300 ml
¼ duz
Bitki yağı 40 ml
Qatılaşdırılmış süd 80 ml
¼ vanil şəkər
2 yemək qaşığı üyüdülmüş çörək qırıntıları (Suxari)
Buğda unu 250 qr
Yumurta 4 ədəd.
700 qr yağsız kəsmik
¼ üyüdülmüş darçın
Kərə yağı 30qr
Şəkər 30qr

Hazırlanma qaydası

1-ci mərhələdə

Süd 300 ml
¼ duz
Bitki yağı 40 ml
Buğda unu 250 q
Yumurta 3 ədəd



Süd 1:1 soyuq su ilə qarışdırılır, sonra yumurta əlavə olunub yaxşıca qarışdırmağa davam edirik.
Hazırlanmış süd yumurta qarışığını una daxil edib yaxşıca qarışdırın, yağ və duz əlavə edin.



Qızdırılmış tavanı yağlayırıq, (əgər əvvəlcə kütləyə yağ əlavə etməmişiksə).
sonra blinləri sobada hər iki tərəfi qızarmaq şərtilə bişiririk. Blinçiklərin sayı 15 ədəd olmalıdır!

2-ci mərhələdə

Yağsız kəsmik 700qr
Üyüdülmüş darçın
Qatılaşdırılmış süd 80 ml
¼ vanil şəkər



Kəsmiyi qatılaşdırılmış südlə qarışdırın, əgər qatılaşdırılmış süd yoxdursa onu qaymaə və şəkərlə əvəz etmək olar.
sonra biraz üyüdülmüş darçın və vanil şəkər daxil edirik.

3-cü mərhələdə

Kərə yağı 30qr
2 yemək qaşığı Çörək qırıntıları (Üyüdülmüş suxari)



Tort formasını yağlayırıq və suxari səpirik.



Blinçiklərin arasına kəsmikli qarışımı sürtmək şərtilə üst üstə tort şəklində yığırıq.

Sonuncu mərhələ

Şəkər tozu 30qr
Yumurta 1 ədəd



Yumurtanı şəkərlə köpük olana qədər çalırıq və üstdəki blinçikin üzərinə yayırıq.



Piroqu 190 dərəcədə qızdırılmış sobaya qoyub 30 40 dəqiqə pişiririk. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Piroqlar