beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların kökəlmə səbəbi - yuxu!

7-8 saatdan daha az yatan qadınların bel bölgələri daha çox piylənməyə məruz qalır.

İsveçdə aparılan araşdırmaya görə, gündə 7-8 saatdan daha az yatan qadınların bel bölgələri daha çox piylənməyə məruz qalır. Uppsala Universitetində ağciyər xəstəlikləri mütəxəssisi Dr. Jenny Theorellin araşdırma qrupu yaşı 50-yə qədəd olan 6 min 500 qadın üzərində təcrübə aparıb.


Təcrübə zamanı qadınların sağlamlıq problemləri mövzusunda məlumat alınıb, çəkiləri və boy ölçüləri götürülüb. Araşdırma nəticəsində 7-8 saatdan daha az yatan qadınların bel nahiyyəsinin daha çox piylənməsi ortaya çıxıb. Dr. Jenny Theorell gündə 5 saat yatan bir qadının bel bölgəsinin, 8 saat yatan bir qadına görə 6 santimetr daha qalın olduğunu deyib. 7-8 saatdan daha az yatan qadınların bel bölgəsi qalınlığı 89.8 santimetrə qədər artdığı təsbit olunub.

Xanımlar, kökəlmək istəmirsinizsə, yuxunuza diqqət edin...


Tarix: 29.12.2012 / 18:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri