Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarın piyinin ozonoterapiya ilə əridilməsi

Ozon aktiv maddə (oksidləşdirici) olaraq orqanizmdə böyük dəyişikliklər yaradır:
Qanı təmizləyir (dezintoksikasiya)
Xəstəliktörədici amillərə (virus, bakteriya, göbələk) öldürücü təsir göstərir.
İmmuniteti stumulaşdırır.
Qanın özüllüyünü azaldır, damarları genişləndirir.
Toxumaların oksigenlə təchizi artır.
Kosmetologiyada ozonoterapiyanın bir sıra metodları tətbiq edilir. Sizə maraqlı olacağını nəzərə alıb, arıqlama prosesinə keçməmişdən öncə, onlarla da bağlı qısa məlumat vermək istərdim:
Böyük autohemoterapiya – ümumi cavanlaşdırma, müalicə məqsədilə ozonlaşdırılmış qanın damara yeridilməsi, bu məqsədlə həm də, ozonlaşdırılmış fizioloji məhluldan istifadə edilir.
Kiçik autohemoterapiya – az miqdarda qanın ozonlaşdırılıb əzələyə vurulması.
Mezoterapiya – dəri içinə (üz nahiyəsi) ozonun yeridilməsi. Qırışları götürmək, dərinin təravətlənməsi, elastikliyi artırmaq üçün tətbiq edilir.
Cərrahiyyəsiz lipoliz (liposaksiya) – yüksək konsentrasiyada ozonun qarın, bud, sağrı nahiyədə dəri altına yeridilməsi. Nəticədə piy hüceyrələri göstərilən nahiyədə məhv edilir, piy “əridilir”.

Bu tibbi məlumatdır. İndisə, özümün də istifadə etdiyim bu proseduru daha anlaşılan tərzdə sizə izah edim. Ozonoterapiya ilə arıqlama nə deməkdir? Bunun üçün, gözünüzün qabağında xüsusi aparatdan iynə ilə “oksigenli havanı”, yəni ozonu çəkib bədəninizin istənilən nahiyəsinə vuracaqlar. Əgər pasiyent belinin incəlməsini istəyirsə, bu ancaq bel ətrafı sahəyə, qarın piylərindən azad olmağı arzulayırsa qarına, qollarının yuxarı hissəsinin iri olmasından utanırsa qola, budları köklükdən bir-birinə sürtünərək (xüsusilə yayda) ona əziyyət verirsə həmin nahiyəyə vurulur. Bu zaman pasiyent dərialtı piylərin necə parçalanmasını da elə həmin an öz gözü ilə görə bilər (buna şəxsən özüm şahid oldum). İynələrdən sonra piyin əridilməsinin effektini artırmaq üçün pasiyent xüsusi üsullarla masaj olunur.

Bu prosedur, eyni zamanda, sellüliti olan xanımlar, doğuşdan sonra dəri problemi ilə qarşılaşan qadınlar üçün də əvəzsizdir. Heç bir təhlükəsi yoxdur. Ozonoterapiya üzrə ixtisaslaşmış həkim Ülviyyə Əliyevanın sözlərinə görə, əksinə, ozon hüceyrələri qidalandırır, dərinin təravətini artırır: “Ozonlu iynələrdən tək piyləri əritmək üçün istifadə olunmur. Eyni zamanda, bu iynələrlə əllərin, gözətrafı dərinin ozonlaşdırılaraq yenidən təravətləndirilməsinə də nail olunur”.
Prosedur hər gün olmaqla adətən 10 seansdan ibarətdir. Amma bədəndəki piy qatının qalınlığından asılı olaraq seansların sayı arta və ya azala bilər. Qiymətinə gəldikdə isə, qeyd edim ki, digər arıqlama prosedurları və cərrahi əməliyyatlarla müqayisədə “ozonlu” arıqlama xanımlara daha ucuz başa gəlir.


Tarix: 26.12.2012 / 11:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...