Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatın içindən : Xəyanət edilən də qadındı, etdirən də.

Həyatın içindən : Xəyanət edilən də qadındı, etdirən də...

Bilmirəm hardan başlayım, necə başlayım. Amma bir yerdən başlamaq gərək... Fikirlərimi , hisslərimi bölüşmək yəqin ki, emosiyalarımı bir az da olsa azaldar.

***

Bİr çoxlarımız şəxsi avtomobildən istidafə etsə də, ictimai nəqliyyatdan da istifadə edənlərimiz də az deyil... Hərçənd bu heç də adama xoş gəlmir.. Evə gələnə kimi saatlarla tixacda qalmaq, hər dayanacaqda “ Düşən var mı?” sualı... 40 dəqiqəlik yolu yorğun iş günündən sonra 1 saat 40 dəqiqəyə çatmaq Bu nəqliyatdan danişsam çox uzun çəkər... Sizə söyləmək istədiyim tamam başqa mövzudu...

***

Amma bu nəqliyyatın maraqlı tərəfləri də var... Həyəcanlı, macəralı, maraqlı əhvalatlar.. Çox vaxt bu hadisələrlə rastlaşsam da yazmırdım, ancaq bu dəfə düşündüklərimi yazmaq qərarına gəldim...İstəmədən daha doğrusunu desək , qadın marağı məni arxa oturacaqda əyləşən xanımın telefon danışına qulaq müsafiri etdi. Əslində bu söhbətə mən deyil, həmin vaxt marsrtda əyləşən hamı müsafir olmuşdu. O qədər “sakit “ danışırdı ki, eşitməmək və dinləməmək mümkün deyildi... Keçək əsas mətləbə.. Söhbəti olduğu kimi yazıram:

Xanımın (hələki xanım deyirəm) telefonuna zəng gəlir. “ Ay can” deyə cavab verir. Sağ ol yaxşıyam sən necəsən, doroqoy?

Oğlanın nə dediklərini eşitməsəm də o da nəsə nazlanırdı...

Qız- Noqa bolyat...(((((naz da nə naz, səsini o qədər əzib büzdu ki...

Oğlan -.....

Qız – masaj edərsən də ayaqlarımı

Oğlan -...

Qız – Guya heç vaxt etməmisən? Guya yoldaşının da ayağını masaj etməmisən? ( Bu ana kimi hər ikisinin sərbəst yəni subay olduğunu düşünürdüm )

Oğlan - ...

Qız – Heç hamilə olanda da masaj etməmisən ?

Bu an sanki mənə xəyanət olurmuş kimi hiss etdim özümü.

Oğlan -...



Qız da gülməyə başlayır."Hə mən olsam kaprizlərimlə başına oyun açmışdım... O anı çox gözləyirəm... Mən hamilə olum , sən də mənə diqqət edəsən. MƏn deyirəm heç kim mənə inanmır, deyirlər uşağın yoxdur, ona görə elə düşünürsən... Amma vallah mənim üçün önəmli uşaq deyil yanımdakı kişidi... Sənin mənə vnimatelni olmağın hər şeyə dəyər... Başına oyun açaram eee sənin” Yenə də gülür...

***

Mən hələ də eşitdiklərimdən şokdayam... Hələ bu harasıdı ki, eşitdikcə siz də çox təəssüf edəcəksiz... Evli sevgilisnin 2 oğlununun da hal- əhvalını soruşur. Soruşa bilərsiz mən hardan bildim ? Danışıq əsnasında hətta adlarına, yaşlarına qədər hamısını elan edirdi... Həm elə soruşurdu ki, sanki sevgilisinin deyil, qardaşının uşaqlarını soruşurdu... Bu “kişi” də bunu indi çox istəməyib neyləsin?! Hər dediyinə can deyir, baş üstə deyir... Diqqət istəyir diqqəti də bu “ xanım”a verir də. Bəs yaxşı Evdəki yazıq da diqqət görməyəndən sonra deyinməyəcək, əlbəttə deyinəcək. Adı da olacaq ki, qadın deyindi , kişi xəyanət etdi. Axı bu qadın başı xarab deyil ki, durduğu yerdə deyinsin..

***



Xülasə davam edək... Qız hələliyləşdi “evli sevgilisiylə”... Həmin an o biri sevgilisinə zəng etdi... Axı 30 dəqiqədən çoxdu o biri sevgilisiylə danışırdı... Yerini , nə bilim başına gələnləri buna da hesabat etdi... Amma bunla soyuq danışırdı bir az... Nə isə 10 dəqiqə də ikinci sevgilisi ilə danışıb öpüb sağollaşırdı ki, telefonuna birinci sevgilisi zəng etdi...

Oğlan -...

Qız – Mamamla danışırdım...

Oğlan -...

Qız – Sən inanmırsan mənə ? Düpdədüz mamamla danışırdım.

2 saniyədə qəşəng nağıl uydurub söylədi peysər sevgilisinə...

Hə yeri gəlmişkən, qızın öz maşını da var imiş.. Tıxac olduğuna görə nəqliyatdan istifadə edib.

Artıq bu “xanım”ın daxili aləmi mənə bəlli idi... İndi onun xarici görünüşüvə geyimi məni çox maraqlandırırdı. Nə də Çevrilib baxmaq mənə yaraşmazdı...

Nəhayət qız iş yerinə çatırdı. Məndən əvvəl düşdü... Elə necə təsəvvür etmişdimsə elə də oldu.. Daxili,xarici,geyimi tam bir-birini tamamlayırdı...

***



Bayaqdan yazıram , heç bu qədər uzun yazdığımın fərqinə varmamışdım... Uzun olsa da məni maraqlandıran, düşündürən bəzi məqamlar var... Bəzən kişilər deyirlər ki, “Kişilər qadınlara xəyanət etmir ! Onları qadınlar yoldan çıxarır ! Si zəgər həmrəysinizsə bir-birinizə bu iztirabı yaşatmayın !” Həqiqətən də mi, bu belədir? Biz qadınlar özümüz özümüzə edirik... Kişilər bizə biz qadınlarla xəyanət edir... Amma niyə ? Səbəb ? Sən özün əldə edə bilmədiyini, başqasının qismətini nail olduğunu nədən dağıdasan ki? Yuva üstünə yuva qura bilmərsən ! Sənin kimi “ xanım”lardan birini,beşini yox, on beşini fırladacaq bax elə həmin bu “kişi”lər... Bəli “kişi”lər... Çünki KİŞİ dediyin kəs özgə qadına göz dikməz... ÖZ qadınına da göz dikdirməz !!!

***



Bu mövzunu yazmaqla bitməz... Sizin də düşüncəniz maraqlı olduğu üçün fikrimi tamamlayıb,

Sonda Həm “Kişi”lərə , həm də “xanım”lara 2 cümlə demək istəyirəm...

“Kişi”lər, özünüzü elə də qoçaq hesab etməyin, sanmayın ki, fırlatdığınız qadınlar ağıllı qadınlardı

“Xanım”lar, siz ilk öncə namussunuz, gələcəyin anasısınız... Qulağınızdan daha 7-ci deşiyi açıb sırğa edin, Qadın ləyaqətiniz hər şeydən önəmlidi !!!


Tarix: 06.12.2012 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 961 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...