beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşgüzar xanımlar üçün makiyaj

Tanınmış stilistlər 2012-ci ildə xanımlara iş makiyajı haqda indidən xəbər veriblər.

Korrektor və kirşan ofis makiyajının vazkeçilməz kosmetik vasitələri sırasındadır. Yağlı dərilərin diqqətə daha çox ehtiyacı olur. Dəridə yağ tarazlığı yarada biləcək lasyonla ilk olaraq üzünüzü təmiz silin. Ardınca dərinizə uyğun kremdən istifadə etsəniz dəriniz makiyaja tam hazır vəziyyətdə olar.

Əgər quru dəriyə sahibsinizsə cildinizin nəmlənməsi üçün kremdən istidafadə edə bilərsiniz. Amma diqqətli olun ki, bu vasitə bir o qədər də yağlı olmasın.

Çalışan xanımlar üçün boz və qəhvərənli göz kölgələri ən ideal seçim olar. Göz kölgələrinin daha uzunmüddətli qalması üçün, yəni iş gününün sonuna qədər qalması üçün göz qapaqlarına kölgə vurmazdan öncə kirşan tətbiq edin.
Qara rəngli tuşla isə kirpiklərinizi daha da diqqətə çarpan edə bilərsiniz.
Dodaq makiyajı etməzdən əvvəl dodaqlarınızı nəmləndirin. Incə fırça ilə dodaq boyasını vurun. Təbii dodaqlar üçün açıq rəngləri seçim edə bilərsiniz. Boyadan sonra iki dodağınızın arasına salfet qoyaraq artığını götürün. Sonradan şəffaf kirşanı dodaqlarınıza ehmalca tətbiq edin.


Tarix: 24.12.2012 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri