beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç sağlamlığı üçün ev maskaları

Soğan saçların möhkəmlənməsində, kəpək ilə mübarizədə əvəzsiz rola malikdir. Soğan müalicəvi xassəyə malikdir. Hazırlanmış maskaları saç dibinə sürtmək lazımdır. Maska qoyulduqdan sonra saçları isti bağlamaq şərtdir.



Maskalar:
Təzə soğan şirəsi (2-3 xörək qaşığı) saçların dibinə həftədə 1-2 dəfə sürtülür. Saçları bağladıqdan 1 saat sonra şampun ilə yuyulur. Bu prosedur saçları möhkəmləndirir, parlaqlıq verir, tökülməsinin qarşısını alır və kəpəkdən qoruyur.
2 xörək qaşığı soğan şirəsini 2 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırın. Saçlara sürtdükdən sonra, 30-40 dəqiqə gözləyin.
Sürtkəçdən keçirilmiş soğanı bal ilə qarışdırın. 30-40 dəqiqədən sonra saçları yuyun. Əgər saçlarınız quru və qırılandırsa, buraya ilıq zeytun, soya və ya günəbaxan yağı qata bilərsiz.
2 xörək qaşığı şampunu 1 xörək qaşığı ayıpəncəsi yağı ilə qarışdırın, sürtkəçdən keçirilmiş soğan, yumurta sarısı və 1 xörək qaşığı bal əlavə edin. Saçlara sürtdükdən 2 saat sonra yuyun.
Sürtkəçdən keçirilmiş soğanı bitki yağı, yumurta sarısı və bal ilə qarışdırın. Alınmış qarışımı saçınıza sürtüb, 1 saat sonra yuyun. Bu maska quru və zəif saçlar üçün yaxşıdır.
1 yumurta, 2 xörək qaşığı gənəgərçək yağı, 1 çay qaşığı qliserin, 1 çay qaşığı uksus. Qarışımı saçlarınıza sürtün, isti saxladıqdan 40 dəqiqə sonra yuyun.


Tarix: 25.12.2012 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri