Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəninizə gündəlik qulluq

Kosmetikanın birinci şərti dərinin təmizliyidir. İnsanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin-yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.

Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin ən vacib şərtidir.

Sabun və sudan və yaxud gündəlik yuyunmaqdan başlayaq. Yuyunmaq üçün ən yaxşı su yumşaq sudur, yəni yağış və ya dağ çaylarından axan sudur. Şəhər camaatı isə xlorlu su ilə kifayətlənməli olur ki, bu da çox vaxt dərini qurudur, bəzən isə hətta darinin qıcıqlanmasına və geyişmə verməsinə səbəb olur. Bunlardan çəkinmək üçün vanna hazırlayarkən suya boraks, duz, köpükləndirici mayelər əlavə etmək, ya da həblərdən istifadə etmək lazımdır.

Bütün bədənin axşamlar yuyulması olduqca vacibdir. ələlxüsus bu, iş günü ərzində toz, çirk, cürbəcür kimyəvi maddələr, yağlar və s. ilə qarşılaşanlara aiddir. Axşamlar dərinin toz və çirkdən yaxşı təmizlənməsi qan dövranını yaxşılaşdırır, dərin yuxu gətirir.

Dərini ancaq ilıq su ilə yaxşı yumaq olar. Soyuq su (14—20°S), ya da otaq temperaturlu su (21—28°S) dərini lazımi dərəcədə təmizləyə bilmir, ona görə də mütləq ilıq (34—38°S) su .və sabunla yuyunmaq lazımdır. Normal və quru dərini neytral sabunlarla, bir qədər yağlı dərini isə bakterisid xassəli sabunla yumaq olar. Adam çox olan yerlərdə, məsələn, poliklinika, xəstəxana və kafelərdə işləyən qadınlar mütləq bakterisid xassəli sabunlarla yuyunmalıdırlar.

ən yaxşısı duş altında yuyunmaqdır. Duş altında hər gün 5—dəqiqə yuyunmaq lazımdır. Sabunlanandan sonra bədəni bir qədər ilıq su ilə, ya da təzadlı (isti-soyuq) su ilə yaxalayırlar. Bunu belə edirlər: əvvəl bir qədər isti su ilə yuyunurlar, sonra soyuq su ilə… və bir neçə dəfə belə təkrar edirlər. Duşdan sonra ən çox tərləyən yerlərə (qoltuqaltı, ayaqlar və i. a.) tərə qarşı dərmanlar çəkmək olar.

Bəzən duşu (uşaqlarda) bədənə su tökməklə də əvəz etmək olar. Bu vaxt suya yumşaldıcı, turşuluq verən, ya da ot cövhərləri əlavə etmək yaxşıdır.

Su proseduraları zamanı çimmək üçün lazım olan bütün alət və vasitələr “əl altında” olmalıdır. Bu, sizə vaxta qənaət etməyə gömək edər, həmin vaxtı isə özünüzə qulluq etməyə sərf edə bilərsiniz.

Vannalar

Bədənə qulluq etməkdə vannalar mühüm rol oynayır. Lakin vannalar heç də hamıya eyni cür təsir göstərmir. Bəziləri gündəlik gigiyenik vannalardan sonra özlərini yaxşı hiss etdiklərini, digərləri isə vannaların onları süstləşdirdiyini deyirlər. Bu, suyun temperaturundan, vannanın müddətindən, ona əlavə edilən dərmanlardan, səhhətin vəziyyətindən və həssaslıqdan asılıdır.

Vannanın orqanizmə təsiri çox mürəkkəbdir. Ona görə də vanna insanın sağlamlığının vəziyyəti və hər kəsin özünə xas xüsusiyyəti nəzərə alınmaqla hazırlanmalıdır.

İlıq vanna (34—37°S) daxili orqanlara və əzələlərə süstləşdirici təsir göstərir, bundan başqa, belə vanna adamı sakitləşdirir. Belə vannanı yüksək oyanıqlıq zamanı və nevrozlarda qəbul etmək lazımdır. Vannaya dərman otları cövhəri, lavanda, kəkotu, çobanyastığı, cökə çiçəyi, ya da iynəyarpaq cövhəri tökməklə sakitləşdirici effekti artırmaq olar. Sinir sisteminə soyuq vannalar da (28—33°S) yaxşı təsir göstərir. Belə vannanı 5—10 dəqiqə qəbul etmək olar, özü də əvvəl isti vannadan başlamalı və getdikcə suyun temperaturu salınmalıdır.

Aşağıdakı otlarla dərinin elastikliyini artırmaq olar: şam ağacı tumurcuqları, qatırquyruğu zoğları, aptek rozmarinin yarpaqları. Dəri quru olduqda isə suya cökə çiçəyi tökülür.

Dəridə civzə və seboreya olduqda vannaya ardıc meyvələri, şam ağacı tumurcuqlarının və ayıpəncəsi kökünün əlavə edilməsi bakterisid təsiri artırır.

Tromboflebitlərin profilaktikası məqsədilə gülüm-bahar, cökə, lavanda, çobanyastığı çiçəklərinin, şam ağacı tumurcuqlarının, qatırquyruğu zoğlarının, kəkotunun dəmləməsi tökülmüş vannalar qəbul etmək olar.

Dərman otlarının xarakterindən asılı olaraq onların hərəsini bir cür hazırlayırlar. Ardıc meyvələrinin, şam ağacı tumurcuqlarının, ayıpəncəsi zoğlarının üstünə isti su töküb 10 dəqiqə qaynadırlar. Qalan otların üstünə su töküb üstünü örtür və bu halda 30 dəqiqə saxlayırlar.

Əgər əlinizin altında dərman otlarını hazırlamaq üçün lazımi qab (emallı qab, ya da qazan) yoxdursa, onda otları torbaya töküb vannanın kranına bağlamaq olar. Torbanın ağzını krana bağlayıb nazik şırnaqla isti suyu açırlar. Beləliklə, vannanın 1/3 hissəsini doldurur, sonra torbanı çıxarır və ağzını möhkəm bağlayıb vannanın içinə qoyur və vannaya lazımi qədər su tökürlər.

Bir vannaya 200—300 q dərman otu lazımdır.

Kəpəkli vannalar da dəriyə yaxşı təsir göstərir. Bunun hazırlanması üçün 300 q buğda kəpəyinin üstünə soyuq su töküb qaynadırlar, sonra həlimi süzüb suya əlavə edirlər.

Dərisində tez-tez irinli yaralar əmələ gələnlərə Kalium permanqanatlı bakterisid vannalar (manqanlı)

qəbul etmək məsləhət görülür. Vannadakı su açıq-çəhrayı rəngdə olmalıdır.

Xörək duzu, ya da Karlsbad duzu (vannaya 500—1000 q) əlavə edilmiş vannalar dezinfeksiyaedici təsir göstərir və dərinin elastikliyini artırır.


Tarix: 23.12.2012 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 561 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...