beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağlı Saçlara Qulluq

Yağlı saçlara qulluq necə olmalıdır.


Yağlı saç deyə bir şey yoxdur, əslində saç dərisi yağlıdır və bu yağ saçları da yağlanıldırır. Düz saçlı adamlarda dəridən ifraz olunan yağ, gün içində saçlara sürətlə yayılar; lakin buruq saçlı adamlarda, yağ saçlara doğru az yayılar. Asiya irqində saçlar ümumiyyətlə düz olduğundan yağlanma problemi daha sıx olduğu halda, zəncilərin saçları buruq olduğundan əksəriyyətdə saçlar qurudur.
Xüsusilə yağlı saç dərisinin, sağlamlığını qazanması üçün istifadə ediləcək şampunun çox diqqətli seçilməsi lazımdır. Yağlı saçı müalicə etmənin yolu saçlı dəridəki yağı uzaqlaşdırmaqdır.

Saçların yuyulma intervalı nə qədər olmalıdır?

Bir çox adam şampunların saçın dərisini deyil, saçları yuduğunu düşünməkdədir. Əslində şampunlar saçın yağlı dərisini təmizləmək və saçın sağlamlığını qorumaq üçün çıxarılmışlar. Bu səbəblə şampun seçimidə dəriyə görə edilməlidir.
Yağlı saçın çox sıx yuyulması saç dərisindəki yağ hüceyrələrinin daha çox işinə yarayır. Bu da daha çox yağlanmağa səbəb ola bilər . Həddindən artıq yağ ifrazatı olan saçlar bir gündə , hətta bir neçə saatda yağlanıla bilər. Amma qətiliklə saçlar çox yuyunmamalıdır. Saçlarınızı hər gün yuyacaqsınızsa hər gün istifadə edilən çox yumşaq bir şampunla birlikdə həftədə bir istifadə etmək məqsədilə dərin təmizləyici xüsusiyyəti olan bir şampun istifadə etməlisiniz.


Yağlı saçlar üçün necə şampunlar istifadə edilməlidir?

Saç baxım məhsullarının saçı yağlandırmadan, saçın toxumasını inkişaf etdirib, qırılmasını və dərinin də qurumasının qarşısını almaq, nəmləndirici təsir yaratması lazımdır. Yağlı saçlar üçün olan şampunlar az nəmləndirici və qüvvətli şampunlar hesab edilirlər. Şampun seçərkən tərkibində yağ, silikon, lanolin olanları seçməyin.

Saç kremi necə istifadə edilməlidir?

Saçlara sürtülən nəmləndiricilər, yalnız dəridən ifraz olunan yağın asanca saçda yayılmasına səbəb olar. Əgər saç kremi istifadə ediləcəksə, yumadan sonra, çox yüngül bir saç kremi yalnız saç uclarına istifadə edilə bilər.

Saçlar necə forma verilməlidir?

Saçı tez-tez daramaqda saçların yağlanmasını sürətləndirər. Saçı daramaq yağ vəzlərini də aktivləşdirər. Saçlar mümkün olduqca az yığılmalıdır.Saçların asan forma ala biləcək şəkildə kəsilməsi saçlara edilən əməliyyatları azaltdığından yağlanmağı da azaldar.

Yağlı saçın zərərləri nələrdir?

Həddindən artıq yağlanma saçların tökülməsinə səbəb ola bilər. Ayrıca pitrosporium deyilən bir göbələyin sayının artıraraq saçlarda kəpəklənməyə və seboreik egzamanın ortaya çıxmasına səbəb olar.

Saç üçün daraq seçimində nəyə diqqət etmək lazımdır.

Eyni materialdan emal edilmiş daraqlardan istifadə edilməlidir. Saç fırçası alarkən fırçanın tüklərinə diqqət edin. Dişlərin üzərində heç bir əyrilik olmamasına diqqət etmək lazımdır. Darağın dişləri mümkün olduqca geniş olmalıdır. Saçınızı darayarkən nəmli və ya yaş olasına diqqət yetirin. Saç quruykən daransa saç qırılar.


Tarix: 19.12.2012 / 22:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 622 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri