beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçların tökülməsi problemi

Çətin olmayan bir test keçirərək, siz saçlarınızın tökülməsinin normal və ya müalicəyə ehtiyacı olan problem olduğunu müəyyən edə bilərsiz.

Saçların tökülməsi onların əmələ gəlməsi kimi təbii bir prosesdir və hər bir insanda rast gəlinir. Əgər saç tökülməsi normal ölçülərdə baş verirsə, narahat olmağa səbəb yoxdur, saçların yerinə yeni saçlar bitir. Lakin saç tökümləsi normadan artıqdır isə, onda mütləq müalicəyə baş vurmaq lazımdır.

Çətin olmayan bir test aparın, tökülmüş saçınızı diqqətlə araşdırın. Əgər onun sonluğunda kisəyə bənzər qara heç bir şey yoxdursa, onda narahat olmağa səbəb yoxdur. Yox əgər varsa, onda üç gün saçınızı yumayın, sonra gicgah və təpənizdən saçlarınızı dartın. Əgər bu prosedurlardan sonra əlinizdə beş saçdan artıq saç qalırsa, onda patoloji saç tökülməsi müşahidə olunmaqdadır. Müalicədən öncə, tökülmənin səbəbini öyrənmək mütləqdir.

1. Orqanizmdə dəmirin çatışmamazlığı. Qadınlarda bu çatışmamazlıq aylıq qan itkisindən irəli gələ bilər. Dəmirin orqanizmdə çatışmamazlığına yeni dəbdə olan pəhrizlərdə gətirib, çıxardır. Çatışmamazlığın əlamətləri: solğun dəri, gücsüzlük, yorğunluq. Əgər bu hal sizdə müşahidə olunursa, onda bu vitaminlə bol olan məhsullar gəbul edin, vitaminlər için.

2. Stress. Yəqin fikir vermisiniz ki, stress halında həmişə saçlar ilə problemlər yaranır. Belə hallar tək-tək baş verəndə saç tökülməsi tez bir zamanda normaya dönür. Lakin siz daimi stress halındasınız isə, başınızdakı damarlar yığılır və saç tökülməsi daimi xarakter almağa başlayır.

3. Xəstəliklər. Qalxanvari vəzilərin xəstəliyi, anemiya, diabet, ağ ciyər soyuqlaması, yumurtalıqların polikistozu, böyrəküstü vəzilərin böyüməsi, zöhrəvi xəstəliklər birbaşa saç tökülməsinə təsir edirlər.

4. Dərmanlara olan reaksiya. İndiki zamanda belə dərmanlar yüzlərcə hesablanır. Buraya hamiləliyə qarşı dərmanlar, təzyiqi aşağı salan, antideprissantlar, sidikqovan dərmanlar, steroidlər və hətta aspirin belə daxildir. Dərmanın üstündəki mənfi təsirlər haqqında məlumatı tam oxuyun. Əgər saç tökülməsi göstərilibsə, həkimdən alternativ dərmanlar haqqında soruşun.

5. Ehtiyatsız davranış. Daimi fen, biqudi, rənglənmək saçları məhv edir. Əgər bunlardan imtina edə bilmirsiniz isə, heç olmasa onlara istirahət verin. Həmçinin uzun müddət pariklərdən belə istifadə məsləhət görülmür. Saç maskalarını düzgün seçin və təlimata uyğun olaraq düzəldin.

6. Pəhriz əlavələri. Bu selen və xarici otlardan ibarət əlavələrdə rast gəlinir, çünki onlar agır metall daşıyıcısıdırlar.

7. Testosteron. Bu kişi hormonun orqanizmdə artması ilə əlaqədardır. Belə bir vəziyyət aylıqda, keçid dövründə və hamiləlik dövründə müşahidə olunur. Bunun müalicəsi olduqca çətindir. Bunun üçün hormonoterapiya qəbul etmək lazımdır. Hər halda istənilən müalicədən əvvəl saç həkiminə – trixoloqa müraciət etməniz məsləhətdir.

8. Qan damarları. Başınızdakı qan damarlarına qanın çatması zəifləyirsə, saçlarınız tökülməyə başlayır. Buna səbəb kofenin mütamadi qəbulu ola bilər. Kofe damarları tez genişlədib, tezdə yığır. Əgər kofeyə likyor və ya konyak əlavə edirsiniz isə, bu mənfi təsir ikiqat artır.


Tarix: 25.12.2012 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 584 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri