beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri yoldan çıxarmanın yolu

Kişiləri yoldan çıxarmanın yolu - Bunun üçün gözəl bədənə sahib olmaq lazımdır

1. Tez-tez qidalanın

Dietoloqlar gündə 5 dəfə qidalanmaq lazım olduğunu iddia edirlər. Hər qidalanma arasındakı vaxt fərqi 4 saat olarsa, orqanizm ehtiyat yığma ehtiyacının olmadığını başa düşəcək və az miqdarda qidalanmaya alışacaq.


2. Sellüloz əlavə edin

Qida rasionunuzda kifayət qədər sellülozun olmasına nəzarət edin: gündə 25 q. Sellüloz az kalorilidir, amma bununla yanaşı, doyumluluq hissi verir. Səhər meyvəli sıyıqlar, günorta təzə salat, tərəvəzli qarnir və kəpək çörəyi, axşam isə göbələk, göyərti və əlbəttə ki, tərəvəz yeyin.


3. Şirniyyatdan imtina edin

Əgər desertsiz keçinə bilmirsinizsə, zefir və pastila (qəndlə meyvə horrasından hazırlanmış şirniyyat) seçin - onlarda demək olar ki, heyvan mənşəli yağ yoxdur. Marmelad da kökəltməyən şirniyyatdır - onun tərkibində sellüloza oxşar pektin var.


4. Az maye için

Qəbul etdiyiniz mayenin miqdarına diqqətli olun - yalnız susayanda maye için. Çəkinizə təsirsiz ötüşdüyünü zənn edib yoldaşlıq xatirinə çay içməyin. Çayda kalori həqiqətən yoxdur, amma istənilən maye maddələr mübadiləsinə təsir edir. Spirtli içki və şirələrdən (yeni sıxılmışlardan belə) imtina edin: şirələr çox kalorilidir, alkoqol isə iştahanı artırır.

5. Asan yeməklər hazırlayın

Xama, pendir - əlavə olunmuş istənilən inqredient xörəyə kalorilik əlavə edir. Qaynadılmış, qızardılmış, qrildə və ya buğda bişirilmiş əti göyərti və tərəvəzlərlə yemək sous, ketçup, xardalla yeməkdən daha yaxşıdır. Çünki onlar xörəyin dadını yaxşılaşdıraraq bizi lazım olandan daha çox yeməyə vadar edir. Xörəyə duzu bişirən zaman deyil, boşqabda əlavə etsəniz daha yaxşı olar. Bu yolla siz özünüz də hiss etmədən duzdan istifadəni azaltmış olacaqsınız.


6. Seçici olun

Karbohidratlardan (makaron, düyü, ağ çörək) istifadəni minimuma endirin, heyvan mənşəli yağ və marqarindən imtina edin, salatlara yalnız bitki yağı vurun, o da gündə 1 xörək qaşığından çox olmamaq şərtilə.


7. Zülalı unutmayın

Qida rasionunuzu məhdudlaşdırarkən, zülalların toxunulmaz qalmalı olduğunu unutmayın: gündə 1 kq çəkiyə 1 q. Zülal orqanizmin, eyni zamanda əzələnin inşaat materialıdır. Ona görə də əzələ kütləsinin azalması hesabına arıqlamaq düzgün deyil. Yağsız zülal məhsullarından istifadə edin: yumurta, balıq, kəsmik və yağsız ət. Çiyələkli kəsmik ən yaxşı yay şirniyyatıdır.


Tarix: 22.12.2012 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 518 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri