beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

saçlar qulluq tələb edir

Qurumuş və yapıxmış saçları canlandırmaq üçün zeytun yağından istifadə edilir.

Saçların parlaq olması və qidalanması üçün 2 qaşıq zeytun yağını isidib, saçınızın dərisinə sürtüb, ehmalca masaj edin. Xovlu dəsmalı isti suda isladıb sıxın və başınızı həmin dəsmalla sarıyın. Dəsmal soyuduqca eyni əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra saçlarınızı yuyub, qurulayın.
Yarım fincan yaşıl zeytun yağını bir fincan süzülmüş balla qarışdırın. Sonra bu qarışığı bir neçə gün saxlayın. Daha sonra həmin qarışığı saçınızın dərisinə vurun. Ancaq bunu edərkən darağın dişlərinin dərinizə batmasına imkan verməyin. Başınızı neylon parça ilə sarıyıb, istiliyi mühafizə edin. Yarım saatdan sonra saçlarınızı yuyub qurulayın. Bu əməliyyat tünd saçların işıltılı olmasını təmin edir.
İki yumurtanı çırpıb, içinə 1 qaşıq zeytun yağı, 1 qaşıq qliserin, 1 qaşıq sirkə (mümkünsə, alma sirkəsi) əlavə edin. Saçınızı şampunladıqdan sonra bu qarışığı sürtüb, 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca yaxaladıqdan sonra saçlarınızın qısa bir vaxtda canlandığını görəcəksiniz.
İçində su qaynayan geniş qazana kiçik qab yerləşdirin. Yarım fincan günəbaxan yağını, 1 qaşıq kakao yağını, 1 qaşıq susuz lanolini həmin qabın içində əridin. Bütün bu yağlar əriyənə qədər qabı qaynar suyun içindən çıxarın və qarışığı yaxşıca qarışdırın. Bu qarışıqdan 1 qaşığa qədərini götürüb, 1 qaşıq su qatın və qarışdırın. Həmin mayeni başınıza sürtün və 15-30 dəqiqə gözləyin. Sonra saçınızı yuyub qurulayın. Bu üsul tündrəngli saçlara canlılıq və parlaqlıq verəcək.


Tarix: 29.12.2012 / 17:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri