beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz ətrafınız üçün etdiyiniz 4 səhv

Fərqində olmadan etdiyiniz şeylərin göz ətrafınızdakı qırışıqlıqların artmasına və dərinləşməsinə səbəb olduğunu bilirsinizmi? Ən çox edilən 4 səhv...
1. Günəş gözlüyü taxmamaq

Günəşə çıxdığınızda günəş gözlüyü taxmırsınızsa, qırışıqlıqlara dəvətnamə çıxardığınızı unutmayın. Aynanın qarşısına dayanın və gözünüzə günəş gəlirmişcəsinə gözlərinizi qısın; yaranan xəttləri fərqinə vardınızmı? Bu xəttlər bir müddət sonra tamamilə sizinlə qala bilər.
Bir günəş gözlüyü alın və yalnız yazın deyil, bütün il istifadə edin; unutmayın, xüsusilə qarlı havalarda günəş daha parlaqdır.

2. Gözləri ovuşturmaq

Yorulduğunuzda, yuxunuz gəldiyində ya da gözləriniz qaşındığında onları ovuşturmaq haradasa bir instinktdir. Gözlərinizin ətrafındakı dəri çox incə olduğundan irəli geri ovmak dərhal xəttlərin meydana gəlməsinə səbəb olar. Olduğunuzdan yaşlı görünmək istəmirsinizsə dərhal bu vərdişinizdən imtina edin.
Makiyajınızı təmizləyərkən də diqqətli olmaqda fayda var; göz makiyajınızı təmizləyərkən sərt hərəkətlərlə makiyajınızı silməyin və göz makiyajını asanca, ağrıtmadan təmizləyə bilən yağlı qalıq buraxmayan bir təmizləyici seçin.

3. Üzüstə yatmaq

Üzüstə yatdığınızda, davamlı eyni tərəfin üzərinə yatırsınızsa, yastıqla sıxıştırdığınız üçün yuxu izləri bir müddət sonra qalıcı hala dönər. Bu səbəblə, daha çox arxa üstə yatmağa diqqət yetirin. Arxa üstə yatmaqda çətinlik çəkirsinizsə, ayağınızın altına bir yastıq yerləşdirmək daha asan yatmanızı təmin edə bilər.

4. Göz Ətrafı Baxım Kremi İstifadə etməmək

Gözlərinizin ətrafındakı dəri çox daha incə olduğundan, göz ətrafınız dərinizin digər hissələrinə görə daha tez yaşlanar. Göz ətrafı üçün kırışıklıkları gözləmədən bir göz ətrafı baxım kremi istifadə edin.

Neutrogena, Radiance BoostTM göz kremini bir həftə boyunca nizamlı olaraq istifadə etmənizi tövsiyə edir. Dərinizin canlandığını görəcək, gözlərinizin ətrafındayaranan qara halqaların və şişliklərin görünüşündə azalma hiss edəcəksiniz. Radiance Boost Eye Cream ayrıca incə xəttlərin dərinləşməsini önləməyə köməkçi olar, bütün göz ətrafını nəmləndirər və hamar bir görünüş qazanmasına köməkçi olar.


Tarix: 06.12.2012 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 502 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri