Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təhsilini yarımçıq qoyub əxlaqsızlıq edən qadından müsahibə

Dünən mən onunla sevdiyim restoranlardan birində görüşməyi qərarlaşdırdım. Məhz burada mən kitabıma doğru ilk addımlarımı atmışdım. Ev şəraiti artıq sıxıcı hal aldığı zaman, mən öz işimə burada davam edirdim. Gecə Bakının gözəl mənzərəsini seyr edərək, istirahət edirdim. Nədənsə mən hər zaman görüş yerinə vaxtından tez gəlirəm və bu gün də istisna deyildi. Mən artıq cibimdən suallarımı qeyd etdiyim vərəqi çıxarmaq istədiyim an, qəflətən öz adımı eşitdim.




- Məndan müsahibə alacaq olan sənsən?

- Bəli, buyur əyləş.

Sifarişi götürməyə gələn ofisant mənə öz həmsöhbətimin psixoloji portretini çəkmək üçün bir neçə dəqiqə bəxş etdi. Qarşımda təxminən 23 yaşlı gözəl, özünə güvənən bir qız əyləşmişdi... O viski sifariş edib, siqaret çəkdi. Mən isə sadəcə albalı şirəsi sifariş etdim.



-Sən müxbirsən?

-Xeyr, amma müxbir kurslarını bitirmişəm. Mənə müxbir kimi baxmağını istəmirəm.

-Sənə etiraf etməyimə görə mənə pul ödəyirsən?

-Məgər mən rahibə bənzəyirəm? Elə bilki, bu yerdə kilsəni xatırlatmır.

-Xeyr, sən öz boynuna həddindən artıq çox yük götürən gənc oğlana bənzəyirsən.

-Mənim səndən istədiyim yeganə şey mənimlə səmimi olmağındır. Mən sadəcə olaraq suallarıma həqiqi cavablar verməyini istəyirəm.

-Bu sənin nəyinə lazımdır?

-Mən əminəm ki, kökündə səni bunun mənə nə üçün lazım olduğu maraqlandırmır.

-Sən nə üçün məhz mənimlə danışmaq istədin?

-Cəmi bir il bundan əvvəl, sən universiteti bitirməliydin.


-Bunu sənə kim danışıb?




-Olar biz bu mənasız suallara vaxt itirməyək? Mən daha maraqlı suallar hazırlamışam. Əvvəlcə şablon suallar olacaq, hansıları ki, sən yəqin dəfələrlə eşitmisən. Amma nə etmək olar, cəmiyyət üçün onlar maraqlıdır.

-Niyə və necə faişə olmuşam? Mən nə vaxtdan etibarən öz bədənimi satmağa başlamışam? Məni bu addıma nə itələyib?

-Xeyr, mən bunu soruşmaq istəmirdim. Sən öz bədənini pul müqavilində satmağa başlayanda valideynlərinlə necə münasibətdə idin?

-Mən onlara nifrət edirdim.

-Sən bunu həyəcansız dedin, mən sənin nifrətinin səbəbini öyrənə bilərəm?

-Ziya, sən nə vaxtsa öz valideynlərinə nifrət etmisən?

-Xeyr, mən bunun mümkünlüyünü rədd etmişəm.

Sükunət... Mən bilirdim ki, indi o danışaraq öz taleyini lənətləməyə başlayacaq... Sifarişimizi gətirdilər. O, daha bir siqaret yandırdı.

-Mənim qulyabanıdan betər atam,içib məni döyürdü. O, hər gün içirdi. Mən ailədə yeganə övlad idim, əgər bunu ailə adlandırmaq mümkündürsə. Demək olar ki, o, hər gün mənim ana adlandırdığım qadınla mübahisə edirdi. Mənim heç yadımdan çıxara bilmədiyim bir an var... Bütün qışqırıqlardan, mübahisələrdən sonra o otaqdan çıxıb bağırırdı. Dəfələrlə mənə, anam kimi mənim də faişə olduğumu söyləyirdi. O anı, mən bir səbəbdən yaddan çıxara bilmirəm: o sözlər mənim lənətimə çevrildi... Daha sonralar, onun heç mənim doğma atam olmadığını öyrəndim. Mənim anam fahişəlik edirdi... Anam fahişəlik, atam isə əyyaşlıq edirdi... İçirdi... içirdi... içirdi... Sonra isə gəlib bizi döyürdü.

-Sən özünə bununla haqq qazandırırsan? Sənin taleyində yalnız onlar günahkardılarmı?

-Bəli.

-Sən nə vaxt bütün bunlara son qoymaq qərarını aldın?



-Sonunca damla, məni dostalrının arasında döyməyi oldu. Gecə saat birdə , artıq bütün içki şüşələri boşalmışdı, mənə içki almağımı söylədi, mən isə bütün mağazaların artıq bağlı olduğunu söylədim. Öz qızını döymək üçün ciddi səbəbdir... Amma bu məni evdən qaçmağa vadar edən yeganə səbəb deyil. Mən bunu bütün yığılmış əzablara görə etdim. Qrup yoldaşlarımın, məni yayda uzun qol köynək geyindiyimə görə, gülüş hədəfinə çevirmələri... Mən sanki cəhənnəmdən qaçdım. Bu qaçışı mən çoxdan planlaşdırırdım. Bunu etdikdən sonra, mən yüngüllük hiss etdim, bəlkə də azadlığın qoxusunu... Artıq kiminsə mənim haqqımda nə deyəcəyi, bu cəmiyyət, bu həyat mənim vecimə belə deyildi. Mən qəfəsdən azad oldum. Sən heç bunun necə azadlıq olduğunu təsəvvür edə bilməzsən.

- Sən cəhənnəmi tərk edib hara düşdün? Cənnətə?



-İndi mən məqamlarla cəhənnəmdə, məqamlarla cənnətdəyəm.



-Sən necə fahişə oldun?

-Bu suala qısa olaraq belə cavab verəcəm. Özümü müvəqqəti mənzil əvəzinə təklif etdiyim bir adam var idi. Onun üçün maraqsız olduğumdan sonra, onun məni fahişə etməsi üçün yalvarırdım. Əvvəl onun dostları gəlirdi... Sonra isə mən bu klubda işləməyə başladım.

-Öz peşəndə ən çox xoşuna gəməyən nədir?

-Tər və ağız qoxusu, hansilara ki, dözmək məcburiyyətindəyəm. Amma artıq buna da öyrəşmişəm.

-Qazandığın pullarla nə edirsən?

-Yarsını xərcləyirəm, yarsını mənzil almaq üçün saxlayıram.




-Mənə başqa qızların həyatından danış. Onlar bu sferaya necə düşüblər?




-Çoxunu əsarətdə saxlayırlar. Qızların çoxu buraya birbaşa uşaq evindən gənc yaşlarından düşüb, o zaman, onlar bunun çörək qazanmaq üçün yeganə çıxış yolu olduğunu düşünürdülər. Şəxsiyyət vəsiqəsiz, təhsilsiz özünə iş tapmağı sına... Sıxılmış... Bütün situasiyanı dərk etdikdən sonra isə artıq gec idi, onların gedəcəyi yer yox idi.

-Nə vaxtsa öz müştərini sevmisənmi?

-Mən sevməyin nə olduğunu bilmirəm.



-Nəyi arzu edirsən?

-Mənə məni sevdiyini söyləyən qızımın olmağını, mənə hələ bunu heç kim söyləməyib.

-Valideynləri tərəfindən döyülən qızlara nə məsləhət görərdin?

-Universiteti atmamaq, əgər oxumurlarsa, quru duz çörək yemək, bəlkə Allah onların əziyyətlərini görüb, onları ağ atlı şəhzadə ilə mükafatlandırdı.

-Biz hər birimiz insanıq... İstənilən insan həyatda çoxlu səhvlər buraxır... Bu seçim sənin səhvin idi, amma nədən sən geri dönmədin? Nə üçün sən bununla məşğul olmağa davam edirsən? Səni məcbur edirlər?

-Mən insan deyiləm.

-Bəs kimsən?


-Mən FAHİŞƏYƏM....!!!


Tarix: 01.12.2012 / 18:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1054 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...