beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırışlara qarşı vitaminlər

Qadınların ən böyük kabusu yaşlılıq izləri olan qırışlardır. Təbii yollarla üzdə olan qırışlardan yaxa qutarmaq mümkündür. Illərə meydan oxumaq, hər yaşda gözəl görünmək üçün vitaminlərlə qarışıq təbii məhsulları təqdim edirik.

C, E, A vitaminləri yaşlanmaya qarşı çox effektivdir.

C vitamini:
Havada olan çirklər, siqaret və günəş şüaları dəriyə zərər verir, bunlar da zamanla dərinizin qırışmasına səbəb olur. C vitamini isə bu problemi azaldan antioksidantdır.

Dəriyə doğru şəkildə tətbiq olunarsa günəşin şüalarına qarşı çox təsirlidir.
Aparılmış bir araşdırmaya görə C vitamini xərçəngdən qorunma üçün də çox yaxşı vasitədir. Təzə tərəvəz və meyvələr ən yaxşı C vitamini qaynağıdır.

E vitamini:
Dəri üçün hazırlanan kremlərin tərkibinə E vitamini əlavə olunarsa quru və çatlamış dəri üçün əvəzedilməz vasitəyə çevrilə bilər. E vitamini həmçinin immunitet sistemini gücləndirir.

Fındıq, qoz, yaşıl yarpaqlı tərəvəzlər, soya yağı, bitki mənşəli yağlar ən yaxşı E vitamini qaynaqlarıdır.

A vitamini
A vitamini isə dərini günəşin mənfi təsirlərindən qoruyur. Eyni zamanda A vitamini sümük sağlamlığı üçün də faydalıdır.
Yumurta, ciyər, yağlı balıqlar A vitamini ilə zəngindir.


Tarix: 24.12.2012 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri