Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatınıza rəng qatacaq psixoloji məsləhətlər

Adi bir səhər. Adi bir günə başlanğıc.Çox rastlaşdığımız bir sual. Əgər bu gün həyatınızda sonuncu gün olsaydı necə yaşayardınız? Əlbəttə hamımız bu günü həyatımızın ən gözəl günü olaraq yaşamaq istərdik. Amma yaşadığımız günün bizim üçün son və ya davamlı olduğunu bilmirik. Ona görə də hələ hər günümüzü gözəl keçirməyə çalışaq. Demirəm... işə getməyək, bütün pulumuzu səyahətlərə xərcləyək və s. Yox. Sadəcə xoşbəxt olmaq üçün kiçik əlavələr edərək daha gözəl günlər keçirə bilərik. Həyat qəmgin olmaq üçün çox qısadır.
Bu da həyatınıza rəng qatacaq kiçik əlavələr.

Xoşbəxtlik
Bunu hardan tapa bilərsən? Daxilinə bax. Xoşbəxtlik kənarda deyil. Həyatının hər anı sənə xoşbəxt olmaq üçün imkanlar yaradır. Sən onu görmək istəsən xoşbəxtsən, əgər yox deməli sənin deyil.

Sevgi
Sevgi ruhumuzla harmoniya təşkil edir. Bir az sevgi bütün dünyada ferqlilik yarada biler. Biz həmişə sevgimizə layiq olanı axtarırırq lakin bu sevgiyə ən layiq olanının özümüz olduğumuzu unuduruq.

Şükr
Şükr etmək sahib olduğumuz ən güclü və pozitiv hisslərimizdən biridir. Biz hamımız şükr etməyimiz üçün
nələrəsə sahibik. Əgər sahib olduqlarımıza şükr etsək, şükr etmək üçün daha çox şeyə sahib olarıq.

Arzu
Böyük diləkləri arzula və onlara doğru kiçik addımlar atmaqdan çəkinmə. Sən öz həyatının yaradıcısısan və hər an məqsədinə nail olmaq üçün nələrsə edirsən.
Arzulamaq istədiyini arzula. Bu insan düşüncəsinin gözəlliyidir.
Etmək istədiyini et. Bu insan iradəsinin gücüdür.
Öz sərhədlərini müəyyən etmək üçün özünə inan. Bu insan cəsarətinin müvəffəqiyyətidir.

Azadlıq
İstədiklərini etmək üçün azadlığı hiss et. Maneələri keç. Əgər bunun sənin üçün doğru bir şey olduğuna inanırsansa onda bunu et, çünki bu arzularına gedən yoldur.

Yaradıcılıq
Etdiyin hər şeydə yaradıcı olmağa çalış. Edə biəcəyinin ən yaxşısını et. Təsəvvürlərindən qorxma. Yaradıcılığın sevincini hiss et.

Gülüş
Gülüşün rolunu qiymətləndirmək çətindir. O, özümüzü yaxşı hiss etmeyimizə səbəb olur və bizi birləşdirir. Bu ən yaxşı dərmandır və günümüzü parlaq edir.

Oyun
Deyirlər həyat bir oyundur. Onu o qədər də ciddi qəbul etmə.
Oynamağı xoşlayırsan? Bəs niyə hər gün oynamayasan? Məğlub olmaqdan heç vaxt qorxma, hər kəs məğlub ola bilər və bir gün mütləq sən də qalib olacaqsan. Bizim ən böyük uğurumuz hər dəfə yıxıldığımızda qalxa bilməyimizdir.

Möcüzə
Möcüzəyə inanırsan? Məncə inan. Həyat onsuz da böyük bir möcüzədir. Bizim başa düşmədiyimiz o qədər gözəl şey var ki.
Yaşamağın 2 yolu var: ya heç nədə sehir olduğuna inanıb yaşamaq, ya da hər şeyin bir möcüzə olduğunu başa düşüb yaşamaq.

Xoşagəlməz anlar
Bütün bunları həyatımıza daxil etdik.Yaxşı, bəs bəzən bizim əlimizdə olmadan bəzən də özümüzdən asılı olaraq həyatımızda xoşalgəlməz anlar olur.
Onlar da həyatın bir parçasıdır. Necə ki, yeməyimizin bir az daha dadlı alınması üçün acı ədviyyatlar qatırıq həyatımız da elə. Bəlkə yaşadığımız hər xoş günün dəyərini və gözəlliyini hiss etmək üçün bir az "ədviyyat" da lazımdır həyata.


Tarix: 22.05.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...