Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cansız saçlar

Cansız saçların ən əsas səbəbi saçları kimyəvi maddələrlə açmaq və ammonyaklı boyalarla yandırmaqdır.

Saçda niyə qırıq olur?
Boya, perma kimi kimyəvi təsirlərin daha tez-tez təkrarlanması, saç quruducu və düzləşdiricilərin daha çox istifadəsi, davamlı olaraq və eyni biçimdə saçların arxaya doğru yığılması, saç yığılarkən çox sıx rezin istifadəsi, saça uyğun olmayan saç baxım məhsullarının istifadəsi kimi faktorlar saçların quruyub cansızlaşmasına səbəb olur. Bu da saçların daha çox qırılmasına gətirir.
Genetik olaraq quru və qıvrım saçlı insanlar saçlarının daha tez-tez qırıldığından şikayətlənir. Belə insanların da saçlarına qarşı həssas olmazı lazımdır.

Saça hansı alətlərlə forma vermək qırıqları azaldır?

Saçları çox fırçalamamaq lazımdır. İstifadə etdiyiniz daraq və fırçanın dairəvi uclu olmasına diqqət yetirin. Saçlara forma vermək üçün istifadə etdiyiniz quruducu və düzləşdirici fenlər –saçlara isti hava ilə forma verdiyindən, saçların həddindən artıq qurumasına və qırıqların artmasına yol açır. Heç bir halda saçlarınızı yaş ikən fırçalamayın. Əgər saçlarınız dolaşırsa yavaş-yavaş ucdan başlayıb yuxarıya doğru, geniş dişli daraq və ya barmaqlarınızla açmalısınız.

Saçı kəsdirmək qırıq probleminə çarədirmi?

Saçları bəlli zamanlarda kəsdirmək qırıq problemini tək başına həll etməz. İki-üç ayda bir saçların ucundan bir neçə sm kəsdirilməsi məsləhətdir. Belə olan təqdirdə saç ucunda meydana gələn qırıqlardan xilas ola bilərsiz, amma bu yeni qırıqların əmələ gəlməsinin qarşısını almaz.Yeni qırıqların əmələ gəlməməsi üçün saçınıza zərər vuran əməliyyatlardan uzaq durun.
Saç ucları üçün duş qəbulundan sonra qidalandırıcı kremlər istifadə etməlisiz. Saçların orta hissəsindəki qırıqlar adətən rezinlərdən və saçınızı sıx yığmanızdan qaynaqlanır. Buna fürsət verməmək üçün mümkün qədər saçları boş yığmaq, ya da açıq qoymaq lazımdır.

Qırıqların əmələ gəlməməsi üçün nə etməliyik?

Saçlarınızı nəmli ikən daramaq daha faydalıdır. Quruduqdan sonra daramaq saçların daha tez qırılmasına səbəb ola bilər. Geniş dişli və dişlərinin ucu dairəvi olan daraqlardan istifadə etmək lazımdır. Saçları fırçalamaq istəyirsinizsə, ilk öncə daraqla açdıqdan sonra fırçalamaq daha sağlam olacaqdır. Heç vaxt saçlarınız nəm ikən fırçalamayın. Əks təqdirdə, qırılma ehtimalı daha çox olacaq. Saçlarınızı darayıb arxaya doğru sıx yığmamalısınız.
Saçlarınızı hər gün eyni istiqamətə daramaqdan çəkinin. Davamlı olaraq eyni istiqamətdə daramaq, saç köklərinin zədələnməsinə səbəb olur. Fərqli istiqamətlərdə saçlarınızı darayaraq saç köklərinizin daha canlı qalmasını təmin edə bilərsiniz.
Saçlarınızı qidalandırıb elastikliyini artıracaq və qırılmasının qarşısını alacaq saç baxım məhsulları istifadə etməlisiniz. Məsələn, jojoba yağının saçları qidalandıran təsiri vardır. Jojoba tərkibli şampun və kremlərə üstünlük verməlisiniz. Şampun alarkən tərkibində spirt olmamasına diqqət yetirin. Spirt bütün dərini və saçları qurudan bir maddədir. Quruluq da qırılmanın ən birinci səbəblərindəndir.
Jele, sprey kimi məhsulların tərkibində spirt olduğundan belə məhsulları çox istifadə etməmək lazımdır, əgər istifadə edirsinizsə, gün ərzində saçları yuyub təmizləmək lazımdır.

Saç qırıqları üçün saça necə qulluq etməliyik?

Saçların hansı dərəcədə zədələnməsindən asılı olaraq günlük, həftəlik, ya da aylıq baxımlar tətbiq edə bilərsiniz. Günlük baxımlarda saçın tipinə görə şampun və ardından dayanıqlılığı artıran kremlərdən istifadə etmək lazımdır. Belə kremlər saçların ətrafında qoruyucu təbəqə yaradaraq elastikliyini artırır.
Həftədə bir dəfə isti bitki yağı ilə saç diblərinə masaj edilə bilər. Zeytun yağı, küncüt yağı, qaysı yağı, hind qozu yağı kimi bəzi yağların tərkibində esensiyalı yağ turşuları var. Bunlar saçlarınıza təsir edərək dayanaqlılığını artırır. Belə yağları saçınıza masajla tətbiq edərək dəsmala sarıb sabaha qədər saxlayarsınızsa, saçın diblərinə və saç tellərinə daha yaxşı nüfuz edər. Saç ertəsi günü yuyula bilər.
Bəzi şampunların tərkibində təbii nəmləndiricilər olur və saçın təbii balansını qorumağa kömək edir. Xüsusilə də qarğıdalı, düyü, buğda tərkibli şampunlar bu cəhətdən daha faydalıdır.
Vazelinli məhsullardan və xolesterol tərkibli məhsullardan yayınmalısınız. Saça forma vermək üçün istifadə edilən jele, köpük və spreylərin çoxusunun tərkibində spirt var. Saçı qurudaraq qırıqların əmələ gəlməsinə səbəb olduğundan çox istifadə etməyin, istifadə etdiyiniz təqdirdə isə saçı gün ərzində yumaq məsləhətdir.

1.Saçlarım gücünü itirib? Çox tez qırılır. Saç dərim də çox qurudur və kəpək problemim var. Sizcə necə qidalanmalıyam?

Bu c&¨r vəziyyətdə saç dərinizin sağlamlığını geri qazanmaq üçün A vitamini qəbul etmək lazımdır. A vitamini sağlam saç dərisi üçün çox faydalıdır. Xüsusilə də yumurta, buğda, qoz, göbələk və avakadoda bol miqdarda olan A vitamini saç dərinizin sağlamlığına qovuşmasında təsirli olacaqdır.

2. Saçlarım çox mat və solğun görünür. Sizcə nə etməliyəm?

Saçlarınızın mat və solğun görünməsi bədəninizdəki B1 Və B2 vitaminlərinin çatışmamasından qaynaqlana bilər. Bu vitaminlər hormon balansı üçün çox vacibdir. Saçlarınızın və dırnaqlarınızın sağlam uzanması üçün B1 və B2 vitaminlərini xüsusilə qəbul etməlisiniz.
B1 vitamini üçün çuğundur, paxla, ispanaq, fındıq yeyə bilərsiniz. B2 vitamini üçün süd və süd məhsulları, buğda unundan hazırlanmış çörək və badam yeyə bilərsiniz.

3.Saçlarım çox erkən yaşlarda ağarmağa başladı. Bu müddəti necə yavaşlada bilərəm?

Biotin saçdakı rəng piqmentlərinin qorunmasına köməkçidir. Balıq, kələm, kahı, pomidor və qreyfrutda bol miqdarda olan biotin sayəsində ağarma müddətini yavaşlada bilərsiniz.

4.Saçlarım çox donuq görünür. Çox cansızdır və asanlıqla qopur. Nə məsləhət görürsünüz?

Saç sağlamlığı üçün vitaminlər qədər əhəmiyyətli olan digər bir ünsür minerallardır. Dəmir çatışmazlığı bəhs edilən problemə səbəb ola bilər. Dəmir qana qırmızı rəngi verən hemoqlabin üçün lazım olan oksigen və karbondioksidi hüceyrə daxilinə və xaricinə daşıyır.Yəni, hüceyrələrimizin yenilənməsi və qidalanması üçün çox kritik rol oynayır. Bu səbəblə saçınızın yenilənərək güclənməsi üçün kifayət qədər dəmir qəbul etmək lazımdır. Quru meyvələr, xüsusilə, quru üzüm və quru ərik dəmirlə çox zəngindir.


Tarix: 29.12.2012 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...