Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların kişilərdə sevmədiyi 15 keyfiyyət...

Qadınların kişilərdə sevmədiyi 15 keyfiyyət...

1.Kirli dırnaqlar
Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Kişinin əlləri təmiz olması, onu qadının gözündə bir neçə “dərəcə” artırır. Əyri-üyrü, içində qara çirk zolağı olan dırnaqlara heç bir qadın yaxın durmaz.


2.Uzun bığlar
Üzünüzün formasına uyğun gəlirsə, bir az saqqal və ya bığ saxlamaq sizə karizma verə bilər. Amm...a uzun bığınız varsa və bir qadının qarşısında şorba və ya ayran içirsinizsə, vəziyyət o qədər də yaxşı olmur.

3.Qızıllar
Çox zəngin ola bilərsiniz, qızılı da sevə bilərsiniz, amma qadınlar bu fikirdədir: “Kişilərə cəvahirat, xüsusilə də qızıl heç yaraşmır”. Qızıl boyunbağı, üstü qaşlı üzük ən sevilməyənlərdir. Qızıl dişiniz varsa, çalışın başqa qızıllara üstünlük verməyəsiniz.

4.İstənməyən tüklər
Kişilərin qulağında, burnunda və sinəsindəki tüklər qadınların sevmədiyi şeylərdəndir. Qadınlar kəsinliklə bir tük yumağına sarılıb yatmaq istəməzdim.

5.Sarı dişlər
Dükanlarda min cür diş məcunu olduğu dövrdə sarı dişlərlə gəzən insanları necə başa düşmək olar? Unutmayın ki, siz qadının gülüşünə necə diqqət edirsinizsə, o da sizin gülüşünüzə o dərəcə diqqət edir. Xüsusən də, siqaret çəkən oğlanlar dişlərinin rənginə fikir versin.

6.Ağız qoxusu
Heç bir tərəfin də sevmədiyi və ən itici şeylərdən biri ağız qoxusudur. Bunu saqqızla basdırmaqdansa, qoxunu yaradan səbəbləri öyrənməyə çalışsanız, daha yaxşı olar.

7.Pula bağlılıq
Qadınlar hər dəqiqə onlardan pulu hara xərclədiyini soruşan kişilərdən köhnə ayaqqabı kimi tez qurtulmağa çalışır. Kişi dediyimiz bir az ürəyi və əliaçıq olmalıdır.

8.Alt paltarın görünür!
Artıq kiçik belli şalvarlar dəbdədir. Kişilərin geyinməsinə də pis baxmırıq. Yetər ki, şalvardan kənara çıxan alt paltarı olmasın!

9.Deyingənlik
Bu xüsusiyyəti kişilərin əksəriyyət qadınlara aid edir. Ancaq bunun əksinin nə qədər çirkin göründüyünün fərqində deyillər.


10. Siqaret iyi
11. Ucuz ətir
12. Çox əzələli bədən
13. Balkon kimi qarın
14. Tər qoxusu
15. Ağ şalvar


Tarix: 13.05.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...