beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın cinsiyyet orqanlarının ifrazatları

Bir çox hallarda qadınlar hekim-ginekoloqa müraciet ederek cinsiyyet yolların- dan ifrazatların olmasından şikayet edirler. Ekser qadınlar sehv olaraq, bunu ancaq her hansı bir infeksiya ve ya xesteliyin elameti hesab edirler.

Heqiqetde ise bu heç de bele deyil. Qadın cinsiyyet yollarından ifrazatların xaric olması istenilen yaş qrupundan olan qadınlar üçün xarakterik olub yumurtalıqların fealiyyetinin göstericisidir.

Yalnız 8-9 yaşınadek olan müddet erzinde qız uşaqlarında bele ifra- zat olmur. Buna sebeb ise yumurtalıqlarda yumurta hüceyrelerinin yetişmemesidir. Bu yaşadek olan qız uşaqlarında qadın cinsi hormonları az miqdarda hasil olur ve onların orqanizme olan tesiri de minimal olur.

9 yaşından sonra qız uşaqlarında cinsi yollardan ifrazat xaric olmağa başlasa da, bu, daimi xarakter daşımır. Bu, selik olub, xarici görünüşüne göre, çiy yumurta zülalı ve ya düyü helimi ile müqayise oluna biler. Cinsi yetkinlik başladıqdan sonra ifrazat, menstrual tsiklin fazasından asılı olaraq, dövrü xarakter almağa başlayır.

Aybaşı başa çatan kimi, ifrazat da, demek olar ki, yox olur. Aybaşı tsiklinin ortasında şeffaf selikli ifrazat xaric olur ki, bu da görünüşce çiy toyuq yumurtası ağına benzeyir. Bu, baş vermiş ovulyasiyanın ve estrogenlerin maksimal seviyyede olmasının elametidir. Menstruasiyanın başlamasından bir qeder evvel ise düyü helimine oxşar açıq rengli hemcins maye xaric olur.

Qadın cinsi orqanlarında normal tebii ifrazatlardan savayı, patoloji ifrazatlar da olur. Bir çox hallarda onların miqdarı normal hedden artıq, yaşıl renge çalan, xoşagelmez qoxulu, müeyyen miqdarda qan ve irin qarışığı ile, daxili qişaya yeyici tesir eden ve s. xüsusiyyetlere malik olur. Ekser hallarda bele ifrazatların sebebi qadın cinsi yollarının iltihabi xestelikleri (vaginit – uşaqlıq yolunun iltihabı, servisit – uşaqlıq boynunun iltihabı ve s.) sebeb olur.

Bu xestelikler müalice olunmadığı teqdirde daha ağır patoloji xesteliklerin (endometrioz, uşaqlığın mioması, uşaqlıq boynunun ağır patologiyaları, sonsuzluq ve s.) yaranmasına sebeb ola bilerler. Buna göre de qeyd edilen patoloji ifrazatlar müşahide edildiyi bütün hallarda mümkün qeder tez olmaqla hekim-ginekoloqa müraciet etmek vacib hesab edilir.


Tarix: 17.05.2013 / 18:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri