beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana olmaq üçün ən yaxşı şəhərlər

Ana olmaq üçün ən yaxşı şəhərlər
"Save the Children" ana olmaq üçün dünyanın ən yaxşı və pis ölkələrini müəyyən edib



Analıq xoşbəxtlik qaynağıdır, yoxsa çətin bir iş? Bu ananın dünyanın harasında yaşamasına bağlıdır. "Save the Children" (Uşaqları qoruyun) adlı yardım təşkilatı ana olmaq üçün dünyanın ən yaxşı və pis ölkələrini müəyyən edib. Siyahının tərtib edilməsində 4 əsas amil nəzərə alınıb: Ananın sağlamlığı, iqtisadi vəziyyət, siyasi durum və uşaqların sağlamlığı.

Ölkələr doğum zamanı meydana gələn ölüm halları, qadınların orta ömür səviyyəsi, rəsmi məktəb təhsilinin neçə il olduğu, qadınlarla kişilərin qazancının fərqi, qadınların dövlət idarəçiliyində iştirak səviyyəsi və beş yaşından kiçik uşaqların ölüm səviyyəsinə görə sıralanıblar.

Dünyada ana olmaq üçün ən yaxşı və ən pis 10 ölkə:

Ən yaxşılar

1.Norveç
2.Avstraliya
3.İslandiya
4.İsveç
5.Danimarka
6.Yeni Zelandiya
7.Finlandiya
8.Hollandiya
9.Belçika
10.Almaniya

Ən pis yerler
151.Ekvator
152.Eritreya
153.Sudan
154.Mali
155.Konqo
156.Yəmən
157.Qvineya Bisau
158.Çad
159.Nigeriya
160.Əfqanıstan


Tarix: 21.12.2012 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri