beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır

İngiltərədəki Leeds Universitetində aparılan araşdırma göstərib ki, öpüşmənin insan sağlamlığı üçün bir çox faydaları var. İngilis tədqiqatçılarının sözlərinə görə, bu vərdiş xüsusilə hamiləlikdə təhlükəli olan bir bakteriyanın kişidən qadına keçməsinə imkan yaradır. Tüpürcəkdə yaşayan “Sitomegalovirus” adlanan bakteriya adi vaxtlarda təhlükəli olmasa da, hamiləlik dövründə döl üçün çox təhlükəli olur. Belə ki, mikrob dölün ana bətnində ölümünə səbəb olur ya da körpədə karlıq kimi qüsur yaradır. Mikrobun yayılma vasitəsi olan öpüşmə bir tərəfdən də bakteriyaya qarşı immunitet qazanmağa da kömək edir. Uzun müddət eyni insanla öpüşdükdə sitomegalovirusun yaratdığı təsirlərə qarşı immunitet təmin edilir.
Leeds Universitetindən Dr. Kolin Hendri, ‘Medical Hipotez' jurnalında dərc olunan məqaləsində "Müəyyən bir insanın sitomegalovirusuna qarşı immunitet qazanması yenə ağızdan ağıza xüsusilə də kişilərə nisbətən daha qısa olan qadınlara tüpürcək axışı ilə reallaşır. Altı ay ərzində müəyyən bir insanla öpüşmək bu bakteriyaya qarşı immuniteti təmin edir" - deyə alim yazıb.
Qısa bir öpüş əsnasında qadına çox kiçik nisbətdə bakteriya ötürülür. Öpüşmə uzadndıqca qadın bədəni bu mikroba qarşı immunitet qazanır.


Tarix: 16.05.2013 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri