Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qizlar nələri edib-etməməyiniz doğru olar?

Uzunmüddətli münasibətləri üçün nələri edib-etməməyiniz doğru olar?
Bu suala cavabı psixoloq Cenifer Oykl bir neçə illik araşdırmalarından sonra tapıb. Oykl cütlüklərə uzunmüddətli münasibətlər yaşamaq və bir-birini daha yaxşı anlamaq üçün bəzi məsləhətlər hazırlayıb:
1. Tez-tez zəng vurmayın!
Biz qadınlar başımıza gələn ən xırda hadisəni belə danışmaq üçün telefona əl atıb, sevgilimizə zəng vururuq. Telefon zəngi bizə rahatlıq verir, danışırıq, ürəyimizi boşaldırıq. Ancaq kişilər bezir…
Psixoloq və yazıçı Patrisia Kovalt yazır ki, sevgilisinə tez-tez zəng vurub, halını, nə etdiyini soruşan oğlanlar sevgililərinin sevimlisi olur. Ancaq eyni şey kişilər üçün keçərli deyil. Yəni qadın kişiyə tez-tez zəng vurursa, kişi bundan bezir və soyumağa başlayır. Kişilər bu vəziyyətdə sevgilisinin ona çox möhtac olduğunu düşünür.
Bu fərqin əsas səbəbi isə hadisələrə fərqli baxışdır.
Qadınlar əsasən sevgililərindən xəbər ala bilmədikdə tez telefonu götürüb zəng vurur, ya da çoxlu mesaj yazırlar. Əslində, bir az gözləsəniz, sevgiliniz özü sizə zəng vuracaq. Çünki sizin nə etdiyiniz və ona zəng vurmamağınızın səbəbini öyrənmək marağı oyanacaq. Hətta telefon danışığından da onun həyəcanlı və maraqdolu suallarını sezəcəksiniz. Beləliklə, tez bir zamanda münasibətinizin necə gücləndiyini görəcəksiniz.
2. Onun hər fikrinə qatılmayın
"Sevgilinizin hər fikrinə qarşı çıxın” demirik. Ancaq öz fikrinizi deməkdən də qorxmayın. "Yaxşı münasibət üçün eyni fikirdə olmaq lazımdır” düşüncəsi doğru deyil. Öz fikrinizi əsaslandırmağınız, hər şeyə "hə” deyən qadın olmadığınızı göstərir və bu da sizi sevgilinizin gözündə yüksəldir.
Oykl kişilərin onlara meydan oxuyan qadınları xoşladıqlarını deyir. Diqqət edəcəyiniz yeganə şey onu axmaq kimi göstərməyə çalışmamağınızdır.
3. Onu münasibətinizdəki problemlərə üzləşdirin
"Sənə demək istədiyim bir şey var” cümləsi kişilərin ən sevmədiyi cümlədir. Ona görə də nə probleminiz varsa, bunu birbaşa deyin.
"Orijinal qəlb” kitabının müəllifi və psixoterapist Con Amodeo yazır: "Kişilər sevgililərini xoşbəxt etmək istəyirlər, amma heç cür nə etmək lazım olduğunu təyin edə bilmirlər”. Buna görə də üstüörtülü danışmaqdansa, birbaşa problemi izah etmək ən doğrusudur.
4. Sevgilinizə dəvət göndərməyin
Əslində, boş vaxtlarınızı birlikdə keçirdikdə münasibətinizin yaxşı olacağını düşünürsünüz. Ancaq bu, həmişə yaxşı nəticələr vermir.
Oykla görə, daima birlikdə olanda danışa biləcəyiniz mövzular da azalır və heyif ki, bir müddətdən sonra bir-birinizdən sıxılmağa başlayırsınız. Bundan başqa, kişilər xüsusi əyləncə dünyası, çoxlu dostları olan qadınlara daha çox hörmət edirlər.
Həftənin ən az bir neçə günü üçün plan qurun, yəni kinoya, dostlarınızla restorana gedin, fərqli əyləncələr tapın və ən əsası əyləncənizə sevgilinizi dəvət etməyin.
Gözəl vaxt keçirmək üçün ona "möhtacsınız” imici yaratmaqdansa, çoxlu planlarınız arasında ona vaxt ayırıb, yaxşı vaxt keçirdiyinizi göstərmək, münasibətinizi daha da gücləndirəcək.
5. Ona sevgi göstərin
Psixoloq Kovalt bəzi qadınların "aldadılma” qorxusu səbəbi ilə kişilərə hisslərini bildirmədiklərini yazır. Ancaq həqiqi hisslərinizi saxlamaq sevgilinizin onunla maraqlanmadıgınızı düşünməyə vadar edir.
Məsələn, yaxşı bir gün keçirdikdən sonra sağollaşanda "Əla gün oldu” deyib onu sevindirə bilərsiniz. Onunla birlikdə olanda nə hiss edirsinizsə, bunu deməkdən çəkinməyin. Hisslərinizi məlum bir çərçivədə deməyiniz münasibətinizə müsbət təsir göstərəcək.
Bunları etməyin!
- ona aid hər şeyin sizə də aid olduğunu düşünməyin. Onun e-mail və ya Facebook hesabının şifrəsini istəmək o qədər də doğru deyil.
- sədaqətini test etməyin. Anası sizi sevmirsə, onu seçim etməyə məcbur etməyin.


Tarix: 10.05.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...