beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri mətbəxə sala bilmək üçün təkliflər

Həyat yoldaşınız içdiyi stəkanı belə mətbəxə götürmürsə bir də bu təkliflərə göz atın.



• Çiçəkli, böcəkli, meyvəli mətbəx önlükləri yerinə Hörümçək Adam, Terminator, X-Man bəzəkliı önlüklər olmalıdır ..

• Soba əlcəkləri qapıçı əlcəyi kimi olmalıdır..

• Zibil qutusu hündür bir yerə qoyulsun basketbol atmağı sevərlər !

• İsveçrə alışqanını da sevərlər məsələn, onun kimi birdən çox funksiyası bir yerdə təqdim edən alətlər olmalıdır ..

• Televizor mütləq olsun və yalnız futbol izləyə bilsin..

• Mümkünsə xurustal kimi 'kövrək' maddələrdən edilmiş qab-qacaq olmasın mətbəxdə! Dəmirdən, poladdan ola bilər ..




• Dərmanı özü qoyan ,qab-qacaqları özü yerləşdirən və uzaqdan idarəetmə ilə çalışan qab-qacaq maşınları icad edilməlidir ..

• Mətbəx alətlərinin istifadə qaydaları mümkün qədər asanlaşdırılsın ..

• Ocağı yandırmaq üçün istifadə edilən alışqan Zippo olsun ..

• Mətbəxdə internetə bağlı bir ədəd dizüstü kompüter olsun ki, makaron suyunun qaynamasını gözləyərkən ayaqüstü oyun oynaya bilsinlər ..

• Yemək kitablarının dili dəyişsin yeni bir mətbəx terminologiyası hazırlansın.Məsələn "Bir tutam duz" yerinə "bıçaq ucuyla duz" deyə yazılsın.

• Qazan ,tava kimi mətbəx əşyaları ulduz futbolçu naxışlarıyla bəzənsin.

• Yeməyin yanması ,ya da başına başqa bir fəlakət gəlməsi vəziyyətində təcili həll üçün mətbəx pizzaçı,kababçı, hamburgerçi telefonları qoyulsun..


Tarix: 16.05.2013 / 18:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri