beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin qocalmasına qarşı olan maskalar

1 yumurta sarısını 1 çay qaşığı çaytikanı yağı ilə qarışdırdıqdan sonra üzərinə 1 neçə damcı limon şirəsi və bir qədər təzə dəmlənmiş yaşıl çay əlavə edilir. Bir daha qarışdırdıqdan sonra alınan maskanı üzə çəkin və 20 dəqiqə saxlayın.
Əzilmiş şəkildə olan 1 xörək qaşığı bananı 1 yumurta sarısı, 1 çay qaşığı xama və ½ çay qaşığı bal ilə qarışdıraraq üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın. (Kapilyar torları olan dərilərdə maskanın tərkibində baldan istifadə edilməsi məsləhət görülmür.)
Mavi gili, xama, limon şirəsi və balı bərabər nisbətdə olmaqla qarışdırın, üzə çəkin və 15-20 dəqiqə saxlayın.
2 çay qaşığı yağlı qidalandırıcı kremə 20 damcı vitamin A, 10 damcı vitamin E və 10 damcı vitamin D əlavə edərək qarışdırın. Alınan tərkibi dairəvi hərəkətlərlə üz dərinizə çəkin və 10 dəqiqə saxlayın.
1 yerkökünü kiçik dəlikli sürtgəcdən keçirin, üzərinə 1 çay qaşığı bal əlavə edin və üzünüzə çəkib 20 dəqiqə saxlayın.
Bir lay pampığı kələm suyu ilə isladaraq üzünüzə qoyun və 10-15 dəqiqə saxlayın.
1 ədəd kartofu suda bişirdikdən sonra əzərək üzərinə 1 çay qaşığı xama, 1 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edərək qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
Üzüm gilələrini blenderdə və ya əl ilə yaxşı əzin, 1 çay qaşığı düyü unu əlavə edin və yaxşı qarışdırın. Sonra maskanı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın.
Qreypfrutun ətli hissəsini yaxşı əzın, 1 çay qaşığı xama, 1 çay qaşığı yerkökü şirəsi və 1 xörək qaşığı düyü unu ilə qarışdırın. Qarışığı üzünüzə, boynunuza və sinənizə çəkin və 30 dəqiqə saxlayın.
2 ədəd əriyi əzdikdən sonra üzərinə 1 çay qaşığı xama əlavə edin. Alınan qarışığı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
1 xörək qaşığı cücərdilmiş buğda dənələrini üyütdükdən sonra üzərinə bir qədər qaynanmış isti su əlavə edin və üstünü qapaqla örtərək 10 dəqiqə saxlayın. Sonra üzərinə 1 xörək qaşığı yağlı qaymaq əlavə edərək qarışdırın və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
Aloye bitkisinin yarpaqlarını yaxşı əzin, ½ çay qaşığı badam yağı əlavə edin və üzünüzə çəkib 15 dəqiqə saxlayın.
2 xörək qaşığı qırmızı lobyanı əzilənə qədər az miqdarda suda kip örtülmüş qabda bişirin. Sonra onu suyu süzməmək şərti ilə blenderdə əzin. Daha sonra ona /4 çay qaşığı ərik yağı əlavə edib yaxşı qarışdırın. Alınan maskanı üzünüzə, boynunuza və sinənizə çəkin və 20 dəqiqə saxlayın.
2 xörək qaşığı qurudulmuş dəniz yosunlarını (apteklərdə satılır) bir qədər ilıq suda isladın. Yumşaltdıqdan sonra 2 çay qaşığı ərik yağı əlavə edin və göz və dodaq hissələri üçün dəlikləri açılmış tənzifə çəkib üzünüzə qoyun. 20 dəqiqədən sonra maskanı götürün


Tarix: 24.12.2012 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri