Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyinizi istidən qoruyun!

Günəşin və isti havanın dəridə yaratdığı problemlərdən yəqin ki bir çoxumuzun xəbəri var. Odur ki, yay mövsümündə dərinizi, saçlarınızı günəş şüalarından qoruyun.

Isti yay günlərində saçlarınıza fen vurmayın. Imkan verin ki, saç özü qurusun. Pəncərənin yanında yaxud da ventilyasiyalı bir otaqda saçınızı quruda bilərsiniz. Əgər çimdiyiniz məkanda saçınızı qurutmaq istəsəniz bu sizi tərlədəcək və saçınızın elektrikləşməsinə səbəb olacaq. Saçınızın tam qurumasına əmin olduqdan sonra fendən istifadə edə bilərsiniz. Belə olarsa saçı qırılmaqdan qorumuş olarsınız.
Istidən quruyub çatlayan dodaqlarınıza soyuq süd və ya buz qoyub kompres edin.

Gözləri isə istidən qorumanın ən yaxşı yolu gün eynəkləridir. Ancaq gün eynəyini də seçərkən diqqətli olun. Tanıdığınız, bildiyiniz firmaların eynəklərindən istifadə edin. Göz ətrafına isə yumşaldıcı kremlər vurun.

Günəşin əllərdə yaratdığı ləkələrdən isə limon suyu vasitəsilə azad ola bilərsiniz. Pambığa limon suyu sıxın və əllərinizi ovuşdurun. Bunu hər gün təkrarlayın.

Günəş şüalarının altında çox vaxt keçirsəniz dəridə müxtəlif səpkilər və allergiyalar yarana bilər. Mütəxəssislərin günəş altında qalma saatlarını öyrənin. Çalışın ki, ona əməl edəsiniz.


Tarix: 23.12.2012 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...