beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaq baxımının təməl qaydaları

Dırnaq baxımının təməl qaydaları


Dırnaq xəstəlikləri, ümumiyyətlə, manikür, ya da pedikür üçün istifadə edilən alətlərin kifayət qədər gigiyenik olmaması, əllərin təmiz saxlanmamasından qaynaqlanır.


Buna görə də dırnaq baxımınız üçün təmizliyinə əmin olduğunuz yerlərə üz tutun. Qab-qacaq yuyarkən əllərinizə mütləq əlcək taxın ki, yuyucu maddələrin zərərli təsirlərindən qoruna bilərsiniz.

1. Qırılan dırnaqlarınızı gücləndirmək, saralmış rəngini açmaq üçün şüşə qaba bərabər miqdarda limon suyu və qliserin töküb qarışdırın və yatmazdan əvvəl dırnaqlarınıza vurun.

2. Lak dırnaqların sağlamlığı üçün lazım olan kosmetik vasitədir. Keyfiyyətsiz laklar dırnaqların rənginin solmasına, qırılmasına və kövrəlməsinə səbəb olur. Ona görə də keyfiyyətli laklardan istifadə edin.

3. İstifadə etdiyiniz lak tez quruyursa, dırnağın ucundan əriyib getmirsə, demək, keyfiyyətlidir. Köhnəlmiş və qurumuş laklar dırnaqlarınıza zərər verə bilər. Bu səbəbdən istifadə müddəti bitmiş lak vurmayın.

4. Tündrəngli laklar dırnaq rənginin saralmasına səbəb ola bilər. Lakı dırnağınızdan aseton hopturulmuş pambıqla təmizləyə bilərsiniz.


Tarix: 24.11.2012 / 18:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri