beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadını Dodağından Tanıyarlar

Dolu dodaqlar:
Onları qınamaq olmaz. Çünki belə qadınların özləri də zövq və əyləncə vurğunudurlar.
Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub.
Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki… Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər.
Ən çox sevdikləri isə səyahətə çıxmaqdır.Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Nazik dodaqlar:
Bu qadınların bəxti sevgidə heç vaxt gətirmir. Lakin onlar bundan sıxılmırlar. Bu iradəli gözəllər çətin anlarında kimdənsə aman diləməyi ağıllarından belə keçirmirlər.
İnsanları ram etməyi bacaran nazik dodaqlı xanımlar müstəqilliyi çox sevirlər.Bəzən o qədər sərbəst olurlar ki, həyatlarının sonuna kimi onları qane edən tənhalığa qapılırlar. Nazik dodaqlı qadınların bir mənfi cəhəti var ki, bu da onların şan-şöhrət əsiri olmalarıdır.

Alt dodaq üst dodaqdan qalındırsa:
Sən demə, kişilərin 80 faizində alt dodaq üst dodaqdan qalındır. Bu da kişilərin daha çox xəyanətindən xəbər verir.
Çünki alt dodağı üst dodaqdan qalın olanlar vəfasızdırlar. Belələrindən sadiqlik gözləmək mənasızdır.
Onlar üçün sadiqlik sözü zəmanənin təlabatına uyğun gəlməyən köhnəlmiş ifadə anlamındadır. Bu cür dodaqlı qadınlar da kişilərdən geri qalmırlar. Bu, onların ömür boyu yeni partnyorlar
və əyləncələr axtaracaqlarına işarədir. Sözügedən insanlar həm də çox tənbəldirlər.

Üst dodaq alt dodaqdan qalın:
Bu cür dodaqlı qadınları avropalılar nəzakətli, sadə, işvəli, naz-qəmzəli və ailəcanlı sayırlar. Ancaq asiyalılarda əksinə,belə dodaqlar ikiüzlüyün, süniliyin əlaməti hesab olunur.
Avropalıların fikrincə, belə qadınlar yaxşı yemək hazırladıqlarından həyat yoldaşları tərəfindən həmişə sevilirlər. Üst dodağı qalın olan qadınları kişilər əsl tapıntı hesab edirlər.

Simmetriyasız dodaqlar:
Onlar sadiq olurlar. Ümumiyyətlə, simmetriyasız dodağı olanlar qollarını çirməyib, ancaq öz imiclərini dəyişməyə çalışırlar.
Belə xanımlar yalan danışır, öz xasiyyətlərini həddindən artıq şişirtməyi xoşlayır, ətrafdakılara utanmadan şər atırlar.
Buna görə də belələri sevgidə uğradıqları məğlubiyyətə asanlıqla dözürlər.

Gülümsəyən dodaqlar
Belə dodaqlar tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özlərinə cəlb edirlər. Həmişə optimistdirlər.
Bəzən zəhlətökən pərəstişkarlarını uzaqlaşdırmaq üçün özlərini həddindən artıq soyuqqanlı, və ciddi göstərməyə calışırlar. Ancaq gülümsəyən dodaqları onlara bu hiylənin öhdəsindən
gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

Qəmli dodaqlar
Təəssüf ki, dodaqlarının kənarları aşağı sallanan qadınlar sadiq pərəstişkarları ilə öyünə bilmirlər.
Nədənsə belələrinin qarşısına çıxanlar yalancı və hiyləgər olur.Nəticədə, onlar insanlara qarşı ümidlərini itirirlər.
Belələri heç nəyə inanmırlar. Onlar həmişə özlərini lazımsız hesab edirlər.


Tarix: 25.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 606 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri