Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Cindən) qorumaq üçün körpə uşağın üzərinə bıçaq qoymaq

Sual- Bəzi insanların uşaqlarının üzərinə (cindən, göz dəymədən və s qorumaq məqsədilə) bıçaq qoyaraq: “Bu cinin ona yaxınlaşmaması üçündür”-dediyinin şahidi olmuşam. Bu cür əməllər doğrudurmu?

Cavab- Bu rədd olunan, batil bir əməldir və buna dair səhih, etibarlı bir mənbə yoxdur. Bu cür etmək qadağandır. Şəriətdə icazəli verilən hər bir şeytan və bəladan Allah təalanın kamil kəlamlarına (Qurani Kərimdə-Fələq, Nəs surələri və Sünnədə (hədislərdə varid olan dualar) və.s) sığınmaqdır. Bu peyğəmbərdən sallallahu aleyhi və səlləm sabit olmuşdur. O sallallahu aleyhi və səlləm o kəlamlarla (Əuzu bi kəlimətilləhit-təmmə`ti min kulli şeytanin və həmmə-Hər cür şeytandan və bəladan Allahın kamil sözlərinə sığınıram) öz nəvələri Həsən və Hüseyn ibn Əliyə onları oxuyaraq Allaha sığınardı. Allah təalanın uşaqları hər cür şərdən, şeytandan qoruması üçün Ona dua etmək olar.

Lakin bıçaq qoymaq və yaxud buna bənzər bir şeylər, dəmir, taxta və yaxud digər maddələr qoyaraq və bunların onu cindən qorumasına etiqad etmək (inanmaq) məsələsinə gəldikdə, bilin ki bu, şəriətdə qadağan olunan haram, şərli bir əməldir.

Həmçinin bu hökmə onların üzərinə gözmuncuğu asamaq da daxildir. Buna ərəb dilində ət-təməim deyilir. Bu haramdır. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim ət-təməim (göz muncuğu və s.) asarsa, Allahın onun işini tamamlamasın”. (İmam Əhməd, İbn Hibban və digərləri rəvayət etmişdir)

Başqa bir rəvayətdə peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim ət-təməim (gözmuncuğu və buna bənzər şeylər ) taxsa şirk etmişdir.” (İmam Əhməd, Hakim rəvayət etmişdir)

Allah bütün müsəlmanlara dinlərini başa düşməsi üçün onlara anlayış bəxş etsin və onları dinlərində sabitqədəm etsin. Öz nəfislərimiz və onlar üçün Onun saf şəriətindən fərqli olan hər bir şeydən Ona sığınırıq.

Qadınlara dair islami hökmlər-Darussalam səh.39-40


Tarix: 06.04.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar
loading...