beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslama giriş şertleri

Kəlimeyi Şəhadət!
+
İnsan oğlu özünü tanıyırsa, hardan gəlib hara getdiyini anlayırsa, ne üçün bu dünyaya gəldiyini bilirsə Allahını da tanıyar və bilər. Bu vaxt o, imanını təsdiq etmiş olacaq və “Tövhid” sözünün – La İlahə İlləllah, Muhammədən Rəsulullah (Allahdan başqa məbud yoxdur, Məhəmməd onun rəsuludur) sözünün mənasını dərk etmiş olacaq. Bunları dərk eləməksə o deməkdir ki Rəbbimizin nuru onun qəlbini aydınlatmağa, iman isə onun ruhuna qida olmağa başlamışdır.
Bundan sonra isə o insan oğlu imanını dilə gətirir. Yəni “Kəlimeyi Şəhadətini” bu cür ifadə edir: Əşhədü ən La İlahə İllallah və Əşhədü ənnə Muhammədən Rəsulullah – “Şəhadət gətirirəm ki, ALLAHdan başqa heç bir məbud yoxdur və şəhadət gətirirəm ki Hz Muhamməd Onun rəsuludur”...Belə bir şəhadət isə öz özlüyündə ALLAHa, onun kitablarına, mələklərinə və Peyğəmbərlərinə, ALLAHın ədalətli olduğuna, axirət həyatının haqq olduğuna imanın olması ilə şərtlənir və bunu qısaca olaraq AMENTÜ BİLLAH- “ALLAHa iman gətirdim” kəliməsi ilə də ifadə etmək olar.

Üsuliddin – Dinin əsasları yaxud İmanın Şərtləri

“Ey insanlar! ALLAHA, peyğəmbərinə və ona göndərdiyi kitabına, daha əvvəl endirmiş olduğu kitablara inanın. Kim ALLAHı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar eliyərsə şübhəsiz dərin bir çaşqınlığa düşər” (Nisa:136)

Üsuliddin islamda imanın əsas şərtlərini nəzərdə tutur. Bu şərtlər 6-dır:

1.TÖVHİD (ALLAHA iman) - ALLAHın birliyinə, və allahlıqda şəriki olmadığına iman;

2.MƏLƏKLƏRƏ İMAN – Mələklər LALLAHın quludur, cinsi olmur, nurdan yaradılmışdır. Allaha qarşı çıxmazlar, günah işləməzlər, daim ibadət edərlər;

3.KİTABLARA İMAN – Quran, Tövrat, İncil və Zəbur Haqq kitabımızda adı zikr edilən 4 ilahi kitabdır. Qurandan başqa digəırləri insanlar tərəfindən dəyişdirildiyi üçün Allah tərfindən onların endirilməsinə inanmaq, Quranı Allahın özünün axirətədək qoruyacaöənə bildirdiyi üçünsə hər kəliməsinə inanmaq lazımdır;

4.PEYĞƏMBƏR VƏ NƏBİLƏRƏ İMAN - HZ Muhammədin və ondan əvvəl gəlmiş peyğəmbərlərin peyğəmbərliyinə, Peyğəmbərin vəfatından sonra ali dini və dünyəvi rəhbərlik işlərində ona varisliyin zəruriliyinə iman;

5.ALIN YAZISI VƏ QƏDƏR – ALLAHın olmasını istədiyi hər şeyin olacağına, yaxşi və pis, xeyir və şərin ALLAHIN istəyi və dilədiyi üçün baş verməsinə inanmaq...

6.MƏAD – Qəbir həyatına, qiyamətə, axirət aləminə, mizan-tərəziyə iman.


Tarix: 21.11.2012 / 14:36 Müəllif: [Ram] Baxılıb: 1148 Bölmə: Maraqlı melumatlar