beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşlı vaxtda elm öyrənmək

Elm tələb etmək üçün onlarda həvəs, maraq yaradaraq bununla şərəfləndirdiyi kəslərə Allah təalanın yardım etməsini diləyirik. Bununla belə, elm özü-özlüyündə böyük zəhmət tələb edən çətin bir öhdəlikdir. Bildiyimiz kimi, insan yaşa dolduqca fiziki cəhətdən bir o qədər böyüyür və intellektual cəhətdən isə zəifləyir.

Yaşlı vaxtında elm əldə etməyə başlayan insan təhsil üçün özünə etibarlı, əmin bir alim seçməlidir. Çünki alimlər vasitəsilə elm əldə etmək vaxta qənaətdir və bunu asanlaşdırır.

Bu cür etmək vaxta qənaətdir, çünki alim ensklopediya kimidir. Xüsusilə də həmin alim ərəb dilinin qrammatikasını, Təfsir, Hədis, Fiqh və digər elmləri mükəmməl bilirsə. Ona görə də, məsələn iyirmi kitab oxumaq əvəzinə, bu vaxt çərçivəsində o bir alimdən asanlıqla elm əldə edə bilər. Buna görə də, vaxta qənaətdr.

Bu həmçinin daha salamatdır, əmindir. Çünki, insan müəllifin minhəccinin (metodunun) saleh sələflərin minhəccindən fərqli olan bir kitaba etibar etmiş ola bilər. Fərqi yoxdur bu minhəc istər dəlilləri gətirməkdə və yaxud fətva verməkdə olsun.

Ona görə də, yaşlı vaxtında elm tələb etmək istəyən bu insana nəsihətimiz budur ki, etibarlı alimdən möhkəm tutsun və ondan elm alısn. Çünki bu onun vaxtına qənaət edəcəkdir. O insan ümidsizliyə düşərək: “Mən indi çox qocayam” deməməlidir. Çünki bu cür etməklə o elmi özündən inkar etmiş olacaqdır.

Rəvayət olunur ki, bir nəfər bir gün Zöhr namazından sonra məscidə daxil olur və əyləşir, bir nəfər ona qalxmasını və iki rəkət namaz qılmasını əmr edir. O ayağa qalxır və namaz qılır. Başqa bir gün həmin kişi əsr namazından sonra məscidə daxil olur və iki rəkət namaz qılmağa başlayır. Həmin kəs ona yaxınlaşaraq deyir: “İndi namaz qılma, bu namazın qadağan olunduğu bir vaxtdır”.

Daha sonra kişi öz-özünə deyir: “Mən mütləq elm tələb etməliyəm”. Sonralar həmin kişi elm əldə etməyə başlayır və imam (öndə gedən, başçı) olur. Onu elm əldə etməyə təşviq edən cahillik idi. Yaxşı niyyətiniz olsa və Allah sizi müvəffəqiyyətlə nemətləndirərsə siz bol-bol elm əldə edə bilərsiniz.


Tarix: 04.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar