beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha inanmayan biri ilə bir yerdə işləyən müsəlman

Sual: Salam. Allaha inanmayan bir nəfər üçün işləyirəm. Onunla işləmək olar?? O mənimlə yaxşı davranır və namaz qılmaq üçün mənə vaxt, imkan ayırır.

Cavab: Həmd Allaha məxsusdur.

Sizin işiniz şəriətdə icazə verilən sahədirsə, nə qədər ki Allahın əmrlərinə tabe olmağa davam edirsiniz, onun üçün işləməyinizdə heç bir xəta yoxdur. Həmçinin siz üzərinizə düşən vəzifəni, yəni ən yaxşı tərzdə, şəkildə onu Allaha dəvət etməlisiniz. Ola bilsin ki, Allah sizin səbəbinizlə ona hidayət verər. Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günü Əlini radiyallahu anhu kafirlər ilə döyüşə göndərərkən ona belə demişdir: “Onları islama dəvət et və onların etməli olduqlarınm onlara bildir, çünki Allaha and olsun ki, əgər Allah sənin səbəbinlə bir nəfəri hidayət etsə, bu sənin üçün qırmızı dəvələrdən xeyirlidir”. (O dövrdə ərəblər üçün ən dəyərli, qiymətli sərvət qırmızı dəvələr idi) (Buxari, 2787)


Tarix: 05.04.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar