beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx Əbdülkərim İrəvani

Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid.Mündəricat
1 Həyatı
2 Şagirdləri
3 Əsərləri
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər


Həyatı

Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur.

O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik."

Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb. Təkcə tarixi cəhətdən çox da əhəmiyyəti olmayan bəzi məlumatlar qalmışdır.

Alim mükəmməl surətdə dərs aldıqdan sonra Kərbəlada üsul və fiqh dərslərini deməyə başlayır. Alimin şagirdləri çox olmayıb. Ondan dərs alanlar yüksək dərəcəli fəqih və müctehid olmuşlar. Bütün bunlar alimin yüksək elmi məqamını və təvazökarlığını göstərir. Bir neçə ildən sonra hay-küylü elmi mədrəsələrdən, mərcəiyyət və elmi rəhbərlikdən uzaqlaşıb, o dövrdə heç bir mədrəsəsi və tədris ocağı olmayan Qəzvin şəhərinə köçür. Az müddətdən sonra bu şəhərdə siniflər təşkil edərək tələbələrə dərs deməyə başlayır və ömrünün axırına qədər bu şəhərdə dərs deməklə məşğul olaraq çoxlu fəzilətli alimlər yetişdirir. Bundan əlavə Nəcəfdə və Kərbəlada o alimdən dərs almış fəqihlər onun qiymətli həyatı haqqında təriflər edərək çalışırdılar ki, bu istedadlı və təqvalı alimi öz yanlarına aparsınlar.

Böyük fəqih, görkəmli müctehid və dahi mühəqqiq Mərhum Ayətullah Şeyx Əbdül-Kərim İrəvani təxminən 1858-ci ildə, Qəzvin şəhərində dünyasını dəyişərək haqqa qovuşur.

Şagirdləri

Alimin bəzi şagirdlərinin adı tarixdə bildirilmişdir:
1-Ayətullahül-Üzma Mirzə Həbibullah Rəşti(1819-1895);
2-Ayətullahül-Üzma Mövla Məhəmməd Fazil İrəvani
3-Ayətullah Mirzə Məhəmməd ibni Süleyman Tənkabəni ("Qisəsül-üləma" və əlavə bir çox kitabların müəllifi);
4-Ayətullah Molla Fətullai ibni Rəcəbi Qəzvini ("Əslül-üsul" kitabının müəllifi);
5-Ayətullah Mirzə Həsən Müctehid Ərdəbili ("Qızıllı mücteiid" adı ilə Məşhur olub);
6-Ayətullah Hacı Molla Ağa Qəzvini;
7-Ayətullah Mövla Əli Qarpızabadı Zəncani;

Mərhum Ayətullah Əbdül-Kərim İrəvani yüksək elmi məqama malik olması və İslam elmlərinin məxsusən, üsul və fiqh dərslərinin ustadı olması ilə eyni zamanda müstəsna şəxsiyyətlərdən hesab olunur. Mərhum Mühəddis Quminin ondan nəql etdiyi hekayət bütün bu dediklərimizin canlı sübutudur. O "Əl-fəvaidür-Rəzəviyyə" kitabında yazır:

"O Qəzvin şəhərində təklikdə dərs verirdi. Camaat namazının imamətliyini tərk etmişdi. Səbəbi də bu idi ki, Qəzvinə gələndə camaat onu məscidlərdən birində namaza imamətliyə dəvət etdikdə o belə cavab verir: "Birinçi gün məsçid çamaatla dolu idi. İkinci gün məscidə gəldikdə gördüm ki, camaat əvvəlkindən azdır. Bu vəziyyət mənə xoşagəlməz təsir bağışladı. Fikirləşdim ki, yəqin mənim namazım Allaha görə olmayıb. O gündən sonra camaat namazına imamətlik etmədim”.

Əsərləri

Mərhum İrəvanidən bir neçə əsər qalmışdır, o cümlədən:
1-"Təharət" və "riyaziül-məsail". (ustadının kitablarına haşiyə)
2-"Məcməül-məsail" (Alimin şakirdi Mövla Fətullai Qəzvini onun üsul dərslərinin bəyanlarını cəm etmişdir)
3-"Rəsail dər üsuli bəraət"


Tarix: 24.02.2013 / 17:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Maraqlı melumatlar