beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fitrə zəkatını ət şəklində çıxarmaq, vermək olar?

Sual: Fitrə zəkatını ətdən çıxarmaq olar? Səhrada yaşayanlardan bəzilərinin fitrə zəkatını vermək üçün yeyəcəkləri olmur. Odur ki, heyvanlarından bəzilərini kəsib bunları yoxsullara verə bilərlərmi?

Cavab: Bu cür etmək doğru deyil. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir saa yeyəcək verməyi vacib etmişdir. Halbuki ət çəkiyə görə ölçülür. İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bir saa xurma (2.5 kq) və yaxud bir saa arpa şəklində verməklə fitrə zəkatını bizə vacib etmişdir...Buxari, 2:579.

Fətvanın mətni


Fitrə zəkatını ət şəklində çıxarmaq, vermək olar?


Sual: Fitrə zəkatını ətdən çıxarmaq olar? Səhrada yaşayanlardan bəzilərinin fitrə zəkatını vermək üçün yeyəcəkləri olmur. Odur ki, heyvanlarından bəzilərini kəsib bunları yoxsullara verə bilərlərmi?

Cavab: Bu cür etmək doğru deyil. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir saa yeyəcək verməyi vacib etmişdir. Halbuki ət çəkiyə görə ölçülür. İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) bir saa xurma və yaxud bir saa arpa şəklində verməklə fitrə zəkatını bizə vacib etmişdir...Buxari, 2:579.

Həmçinin, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sağlığında bir saa yeyəcək vermək surətilə fitrə zəkatı çıxarırdıq və bizim yeyəcəyimiz xurma və arpa, kişmiş və süzmə (preslənmiş) pendir idi. Bu səbəbdən, elm əhlinin söylədikləri arasında ən güclü rəy budur ki, fitrə zəkatı pul verməklə, nə də paltar verməklə və yaxud ev əşyaları verməklə yerinə yetirilmiş sayılmır. Fitrə zəkatının pul ödəməklə yerinə yetirildiyini söyləyənlərin sözünün çəkisi yoxdur. Səbəbi budur ki, bir halda ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözü qarşımızdadır, elə isə məsələyə dair ondan (Ona Allahın salavatı və salamı olsun) sonra kiminsə rəyinə yer yoxdur, eləcə də Şəriətin (Quran və Sünnənin) gətirdiyini bir kənara qoyub ağılın gözəl hesab etdiyini gözəl qəbul etmək deyə bir şey ola bilməz. Allah Sübhənahu və Təala qiyamət günü filan və filankəsin rəyi barədə deyil Onun Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sözü barədə soruşacaqdır. O yalnız Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözü barədə bizdən soruşacaqdır. Necə ki, bu barədə Allah Sübhənahu və Təala buyurur:

“(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?” [əl-Qasas 28:65].

Bir anlığa təsəvvür edin ki, qiyamət günü Allahın qarşısında durmusunuz, fitrə zəkatının yeyəcəklərdən çıxarmaq sizə vacib edilmişdir. Məgər mümkündür ki, qiyamət günü səndən: bu zəkat ilə bağlı Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sözünə necə cavab verdin deyə soruşduqda, mümkündür ki, özünü müdafiə edərək: Allaha and olsun! Bu filankəs və filankəsin rəyidir, bu isə filankəsin rəyidir deyə söyləyəsən? Cavab: Xeyr və hətta bunu söyləsən belə bunun sənə heç bir faydası olmayacaqdır.

Haqq, sözsüz, budur ki, fitrə zəkatı yalnız yeyəcəklərdən verilir və ölkədə əsas qida növlərindən sayılan hər hansı bir qida növü bu öhdəliyi ödəyir. Bu barədə elm əhlinin rəylərinə nəzər yetirsəniz görəcəksiniz bu rəylərin biri (ifrat) digəri isə (təfrit) səviyyəsində, biri isə ortadadır. İfrata varan tərəflərdən biri deyir ki: Fitrə zəkatı qida və yaxud nağd pul şəklində verilir. Digər ifrata varan tərəf isə deyir: Fitrə zəkatı pul şəklində və eləcə də yalnız beş qida növü istisna olmaqla digər qidalardan verilmir. Bu beşə qida növünə aiddir: buğda, xurma, arpa, kişmiş, süzmə (preslənmiş) pendir. Bu iki rəy bir birinin tam əksidir. Orta rəyə gəldikdə, burada deyilir: Fitrə zəkatı insanların yediyi hər növ qidadan çıxarılır və yemədiklərindən çıxarılmır. Odur ki, fitrə zəkatını buğdadan, xurmadan, düyüdən, duxn (darı), qarğıdalı və buna bənzər hər şeydən vermək olar.Hətta o qədər ki, insanların yedikləri əsas qida növünün ət olduğu bir yerin olduğu fikrini qəbul etsək, bu halda fitrə zəkatını ətdən vermiş olardıq. Buna əsasanaraq, aydın olur ki, fitrə zəkatı kimi adətən çıxarılan əsas qida növlərindən bir saa əvəzinə səhrada yaşayan insanların ət verməsi fitrə zəkatı vacıbatını yerinə yetirmiş sayılmır.


Tarix: 03.04.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqlı melumatlar