beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Məhəmmədhəsən Şirazi

Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi ( 1814-cü il- 1896-cı il)—İslam alimi.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

"Mirza Şirazi" adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü. Mirza elmi dünya və dövlət işlərindən üstün tutdu.

Hicri-qəməri 1248-ci ildə İsfahana yola düşdü. O, İsfahan mədrəsəsində Ayətullah Məhəmməd Təqi İsfahanini özünə müəllim seçdi. Müəllimin ümumi dərsi ondakı elm yanğısını söndürə bilmirdi. Odur ki, Mirza ustadından onunla birgə bir neçə tələbəyə xüsusi dərs keçməsini istədi. Məhəmməd Təqi yüksək istedadını nəzərə alıb onun bu təklifini qəbul etdi. Lakin Mirza üçün yaranmış bu dəyərli fürsət çox davam etmədi və ustadı hicri-qəməri 1248-ci ildə vəfat etdi. Mirza sevimli ustadının ölümündən sonra Seyid Həsən Beydabadinin şagirdliyini qəbul etdi. O, iyirmi yaşı tamam olmamış ustadı tərəfindən ictihad dərəcəsi aldı. Mirzə iyirmi doqquz yaşınadək İsfahanda qaldı. Sonra Nəcəf və Kərbəlaya yola düşdü. Kırbəlada Şeyx Hüseyn Nəcəfi və başqa bir neçə böyük alimdən dərs aldı. Daha sonra Nəcəfə yollandı və bir müddət orada qaldıqdan sonra yenidən İsfahana qayıtmaq qərarına gəldi. Şeyx Mürtəza Ənsarinin tələbələrindən biri ustadına xəbər göndərdi ki, Məhəmmədhəsən adlı istedadlı bir tələbə Nəcəfə mühacirət etdikdən sonra ordakı dərsdən qane olmayıb yenidən İsfahana qayıtmaq istəyir. Bu xəbəri eşidən Şeyx Mürtəza Ənsari Mirzəni görüşə çağırdı. Görüş zamanı Şeyx Ənsari Mirzaya bir sual verdi. Mirza sualı cavablandırdı. Şeyx onun cavabının səhv olduğunu müxtəlif dəlillərlə sübut etdi və sualı özü cavablandırdı. Mirza ustadın iradını qəbul etdi. Lakin Şeyx yenidən başqa bir dəlillə öz cavabının səhv olduğunu sübut etdi və tamam başqa cavab verdi. Mirza yenidən ustadın dəlilləri qarşısında təslim oldu və onun ikinci cavabını təsdiqlədi. Lakin bu dəfə də ustad öz cavabının səhv olduğunu sübuta yetirib suala üçüncü dəfə cavab verdi. Bu təsdiq-inkar yeddi dəfə təkrarlandı. Mirzə Şeyx Ənsarinin istedadına heyran qalıb İsfahana qayıtmaq fikrindən daşındı. Şeyx Ənsari vəfat etdikdən sonra dövrün alimləri mərcəlik vəzifəsini Mirzanın öhdəsinə qoydular.

Mirza Şirazi mərcəlik dövründə böyük xidmətlər etdi, o cümlədən:
1. Şiə və sünni arasında birlik yaradılması - O bu məqsədlə elmi hövzəni əhalisi sünnilərdən ibarət olan Samirra şəhərinə köçürdü.
2. Yəhudilərin Həmədan müsəlmanlarına təcavüzünün qarşısının alınması.
3. Əhli-beytə məhəbbət adı altında müxalifləri təhqir edib ixtilaf salan alimnümalarla mübarizə.

Mirza ilahi övliyalardan idi. Təqvalı, gözəl əxlaqlı və xeyirxah bir insan. O səksən iki il bərəkətli ömürdən sonra dünyasını dəyişdi. Onun xəstəlik səbəbindən vəfat etdiyini bildirirlər. Lakin bəziləri Mirzanan İngiltərə muzdurlarından olan satqın bir həkim tərəfindən zəhərləndiyini iddia edirlər. Mərhum Mirza Şirazi banisi olduğu mədrəsədən həzrət Əlinin (ə) hərəminə açılan qapının kənarında dəfn olunub.


Tarix: 24.02.2013 / 17:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Maraqlı melumatlar