Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sual: Qardaşlardan eşitmişəm ki, hər kəs özünə layiq biri ilə həyat qurur. Əgər bir kişi saleh biri

Sual: Azan vermək vacibdirmi? Bizim, yəni kollec tələbələrinin qaldığı yataqxananın yaxınlığında məscid yoxdur və ona görə də, namazı namazgahda qılırıq. Belə olduğu halda namaz üçün azan vermək bizə vacibdirmi? Uzaqda yerləşən məscidlərdən azanın səsini eşidirik.

Cavab: Həmd Allaha məxsusdur.

Əvvəla:

Azan-ərəb dilində elan etmək və yaxud bəyan etmək mənasını daşıyır. Allah təala buyurur: “İnsanları həccə çağır (əzzin)” [əl-Həcc 22:27]

Şəri istilahda azanın mənası: fərz ibadətin vaxtını elan etməklə, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan sözləri söyləməklə xüsusi bir şəkildə Allaha ibadət etməkdir.

İkincisi:

Fəqihlər ittifaq ediblər ki, azan islam dininin özünəməxsus xüsusiyyətlərindən və aşkar şüarlarından biridir. Lakin azanın hökmü barədə ixtilaf etmişdirlər. Bəziləri azanın fərzi kifayə olduğunu bildirmişdir; bu İmam Əhmədin rəyidir, eləcə də Şeyxu-l İslam ibn Teymiyyə bu rəyə üstünlük vermişdir; çağdaş alimlərdən Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, bu rəyi qəbul etmişdir.

Bəziləri isə azanın müəkkəd (təkid olunan) sünnət olduğunu bildirmişdirlər.

İki rəydən doğru olanı budur ki, azan vermək fərzi kifayədir; əgər bunu bacaran bir şəxs azanı yerinə yetirirsə, digər insanların üzərindən bunun günahı düşür.

Bu barədə dəlil Sünnədən gəlir.

Malik ibn Hüveyrisin belə söylədiyi rəvayət olunur: Biz həmyaşıd olduğumuz gənclər ilə birlikdə Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yanına gəldik və iyirmi gün onunla qaldıq. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) rəhmli və yumşaq, xoş xasiyyət idi; o düşündü ki, biz ailələrimiz üçün darıxmışıq, odur ki, bizdən arxada buraxdığımız ailələrimiz barədə soruşdu və biz bu barədə xəbər verdikdən sonra dedi: “Qayıdın ailələrinizin yanına və onlarla qalın; onları öyrədin və yol göstərin (təlimatlandırın). Namazın vaxtı girdikdə, sizdən biri azan versin və içərinizdən ən yaşlı olanı namazda imamlıq etsin.”

Buxari, 602; Müslim, 674

Buxarinin (604) rəvayət etdiyi hədisdə belə deyilir: “İki nəfər yola çıxdıqda, azan verin, sonra namazdan dərhal öncə iqamə verin, sonra isə içərinizdə ən yaşlı olanı namazda sizə imamlıq etsin.”

Tirmizi (205) və Nəsai (634) rəvayət etdiyi hədisdə deyilir: Malik ibn əl-Hüveyrisin belə söylədiyi rəvayət olunur: Mən əmim oğlu ilə Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) yanına gəldim və o (Ona Allahın salavatı və salamı olsun) dedi: “Səfərə çıxdıqda azan verin, sonra namazdan dərhal öncə iqamə verin, sonra isə içərinizdən ən yaşlı olanı namazda sizə imamlıq etsin.”

Əlbani “İrva əl-Ğalil” (1/230) əsərində hədisi səhih olaraq təsnif edib.

Bu hədis dəlil təşkil edir ki, azan vermək fərzi kifayədir. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əmr vermişdir ki, bir camaat yalnız bir nəfər azan versin; bütün camaata azan verməyi əmr etməmişdir. Bax. Təudid əl-Əhkam, 1/424

Nəvəvi demişdir:

Bu göstərir ki, azan vermək və camaat ilə namaz qılmaq misafir üçün məşrudur. Həmçinin, hədis dəlalət edir ki, istər səfərdə, istərsə səfərdə olmayanda həmişə azan vermək təşviq olunan bir əməldir.

Müslimin Şərhi, 5/175

Daimi Heyətin alimləri demişdir:
Bir şəhərdə azan vermək fərzi kifayədir və eynisi iqaməyə də aiddir. Əgər bir kəs istər unutqanlıqdan, istərsə də bilmədən və ya bu və ya digər səbəbdən azan və yaxud iqamə vermədən namaza başlayarsa, onun namazı hələ də səhihdir, etibarlıdır.

Daimi Heyətin Fətvaları, 6/54

Şeyx ibn Üseymin demişdir:
İqamə və azanın fərz olmasına dair dəlil Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) birdən çox hədisdə bildirdiyi əmridir və eləcə də, səfərdə və yaxud səfərin xaricində həmişə azan vermişdir, çünki namazın vaxtını əksər vaxt azan olmadan bilmək mümkün olmur və eləcə də, azan vermək şəri bir məsləhətə xidmət edir və eləcə də, islamın zahiri şüarlarından biridir.

Şərh əl-Mumti, 2/38

Azanın fərzi kifayə olduğu həqiqətinə əsaslanaraq deyirik ki, bir şəhərdə azan verilirsə və insanlar azanı eşidə bilirsə, bu halda digər insanların üzərindən azanın vacibliyi hökmü düşür və hər camaat üçün azan verməyə ehtiyac qalmır. Ancaq, bir kəs təkbaşına namaz qıldığı halda belə onun azan verməsi daha yaxşı və fəzilətlidir.

Daimi Heyətə belə bir sual ilə müraciət edirlər:
Hər bir məhəllədəki hər məsciddə səsucaldanlar ilə azan vermək vacibdirmi? Belə ki, bütün müsəlmanlar bir məsciddən verilən azanı eşidirlər. Və yaxud məhəllədəki bütün məscidlər üçün bir məsciddən verilən azan kifayətdirmi?

Cavab:

Azan vermək fərzi kifayədir. Odur ki, müəzzin bir məhəllədə azan verirsə və oranın sakinləri azanı eşidirsə, bu kifayət edir. Lakin, dəlillərin ümumi mənasına görə hər bir məsciddə azan verilməsi məşrudur.

Buna əsaslanaraq deyirik ki, sizə vacib olmasa da, azan vermək əfzəldir.
Ən doğrusunu Allah bilir.




Muhəmməd Saleh əl-Münəccid


Tarix: 02.04.2013 / 21:06 Müəllif: *Beyaz_Gul* Baxılıb: 245 Bölmə: Maraqlı melumatlar
loading...