beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan danışmaq adiləşdikdə....
Yalan danışmaq adiləşdikdə....

Yalan danışma insan münasibətlərinin ümumi tərkib hissəsidir. İnsanlar fərqli səbəblərdən yalan danışırlar. Onlar digər insanlara özləri haqqında daha üstün təsəvvür yaratmaq məqsədilə özlərini təqdim edərkən yalan danışa bilərlər. Həmçinin söz-söhbəti minimum həddə endirmək üçün yalan danışa bilərlər. Çünki yalan danışma fikir ayrılıqlarını daha cüzi edə bilər. Bu baxımdan yalan danışma faydalı məqsədlərə xidmət etdiyi kimi münasibətləri də korlaya bilər. Aşkar yalan insanların bir-birinə olan inamını sarsıdır və şübhə toxumlarını əkir. Çünki yalan danışılan insan çox güman ki, bundan sonra ona yalan danışana güvənməyəcək. Bəzi insanlar vərdiş etdiklərindən dolayı ilk andan yalan danışırlar. “Gündəlik yalanlar həqiqətən ictimai həyatın quruluşudur”-deyə Bella DePaulo, Virginia universitetində psixoloq və yalan danışma üzrə mütəxəssis belə deyir. Onun tədqiqatları göstərir ki, həm kişilər, həm də qadınlar 10 dəqiqə yaxud daha çox çəkən sosial münasibətlərinin təxminən 1/5-i qədər yalan danışırlar. Həftə ərzində onlar qarşılıqlı münasibətdə olduqları insanların 30%-nə yalan danışırlar.

Bundan başqa bəzi münasibət növləri məsələn valideynlərlə övladlar arasındakı münasibətlər yalan danışmaq üçün real maqnet rolunu oynayır. Bir çox peşələr üçün yalan bunların ayrılmaz tərkib hissəsi sayılır. Hüquqşünasların öz müştəriləri adından ağlasığmaz yalanlar qurduğunu yaxud yaxşı xəbərlərə çıxış imkanı əldə etmək üçün müxbirlərin özlərini yanlış adla təqdim etdiklərini görürük.

Yalan danışma cəmiyyətlərimizdə geniş vüsət almış mənfur bir əməldir. Sözlərdən mahircəsinə istifadə etməklə digərlərinə kələk gələnlərə insanlardan fərasətli deyə söz edirlər. Dövrümüzün fərqləndirici xüsusiyyətlərindən biri budur ki, yalan bir vaxtlar olduğu halda artıq ictimai qınaq obyekti deyil. Bu gün yalan danışma institusionallaşdırılıb. Bu gün yalan bizim bir çoxumuzun yuxarı təbəqədən başlamış aşağıya doğru kimi həyat tərzidir. Çünki biz başa düşmüşük ki, kifayət qədər inandırıcı olsaq yalan işləyir. Yalanlar əsasında ölkələr işğal olunur və müharibələr başlayır. “Biz” heç vaxt yalan danışmırıq, biz sadəcə haqqı bir az əyirik, fırladırıq, azdırmaq niyyətimiz yoxdur, lakin “digərləri” yalançılardır. Bizim cəmiyyət yalan “sənəti”ndə kamiliyyə çatmış bir cəmiyyətdir. Yalanın insanın şərəf və ləyaqətinə zərbə vurduğu və ona olan inamı sarsıtdığı günlər geridə qaldı.

İslam dinində yalan danışma ağır bir məsuliyyətdir. Allah-Təala Quranda buyurur:

“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır” (əl-İsra,36).

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) hər zaman doğru danışmağın əhəmiyyəti və vərdiş halını almış yalanın məsuliyyətinin böyük olduğunu vurğulayaraq belə demişdir:

“Düzgün olun.Çünki düzgünlük (sahibini) yaxşılığa yönəldir. Yaxşılıq isə Cənnətə aparır. İnsan düzgünlüyünü davam etdirdikcə Allah dərgahında dogru danışanlardan yazılar. Yalandan uzaq durun. Çünki yalan (sahibini) pisliyə yönəldir. Pislik isə Cəhənnəmə aparır. İnsan yalanını davam etdirməklə Allah dərgahında yalançılardan yazılar”.

Düzgünlük reallığa müvafiq olanı, əşyaların həqiqətini söyləməkdir və yalanın əksidir. Yalan cinayəti ilə münafiqlik, riyakarlıq arasında əlaqə Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) hədisində təsvir olunur: “Dörd əlamət kimdə olarsa o xalis münafiq olar. Bu dörd əlamətdən biri olarsa o əməli tərk edənə qədər həmin adamda münafiqliyin bir xüsusiyyəti olar. Əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd verdikdə vəfasızlıq edər, münaqişə etdikdə günah (pis, nalayiq sözlərlə) danışar».

Peyğəmbər təlimində göstərilir ki, biz insanlar bizə olan etimadı, inamı qorumaq, əmanətə xəyanət etməmək, həqiqəti söyləmək, vədə xilaf çıxmamaqla və yalan danışmamaqla özümüzü münafiqlikdən azad etmək üçün əlimizdən gələni əsirgəməməliyik.

İslam dinində ən müdhiş və mənfur yalan Allah, Onun peyğəmbərləri, kitabları barədə yalan danışmaq və yalan şahidlik etməkdir. “Mən çox məşğul idim” yaxud “Yadımdan çıxmışdı” kimi qeyri-məqbul üzrlər irəli sürməkdə yaxud da belə bir niyyətimiz olmadığı halda “Sabah sənə zəng edəcəm” kimi digər insanların bu sözü vəd kim qəbul etdikləri bu kimi ifadələrdən uzaq durmalıyıq. Eyni zamanda yalan danışmamaq məsələsini, yəni sözü birbaşa olduğu kimi söyləməyi kobudluq ilə səhv salmamalıyıq. Heç kəsin incimədiyi halda kiçik şeylər olsa belə yalan danışmamaqda ehtiyatlı olmalıyıq. Bunu üçün sözlərin seçilməsinə diqqət yetirmək lazımdır.

İslamda “Heç bir halda yalan danışma!”mütləq bir prinsipdir yoxsa istisnalar da var? Təsəvvür edin ki, qatil gəlib sizin qapınızı döyür və qurbanını axtarır. “Qadın yuxarıdadır, ümid edirəm siz qayıdacaqsınız elə deyilmi?”söyləmək nə dərəcədə əxlaqa uyğun bir əməldir? Kant kimi fəlsəfəçilər yazılarında bu barədə elə bəhs edirlər ki, sanki burada qeyd etdiyimiz bu misalda doğrunu söyləmək ədəb-əxlaq baxımından düzgündür. Lakin İslam dinində bu cür hallarda yalan danışmağa bəraət var.


Tarix: 10.06.2015 / 16:40 Müəllif: Aziza Baxılıb: 185 Bölmə: Maraqlı melumatlar