beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tütünlə ticarət etmək və bundan əldə olunan gəliri sədəqə vermək

Sual: Tütün və buna bənzər şeylərlə ticarət etməyin hökmü nədir? Bu cür malların ticarətindən əldə olunan gəlirlərdən istifadə edərək sədəqə vermək və həcc etmək və yaxud digər yaxşı əməllər etmək olarmı?

Cavab: Tütün və haram olan bütün şeylərlə ticarət etmək qadağandır. Səbəbi odur ki, bütün bunlar xəbis şeylərdir və bədən, ruh və mal dövlət üzərində zərərli təsiri var. Əgər bir kəs sədəqə vermək və həcc etmək və yaxud yaxşı yolda xərcləmək istəyirsə, o zaman halal maldan qazanaraq ondan sədəqə vermək, həcc etmək və yaxud yaxşı işlərdə xərcləmək lazımdır. Allah təala buyurur (ümumi olaraq): Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!”. (Bəqərə 2:267)

Həmçinin rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “Həqiqətən də Allah pakdır və yalnız pakı qəbul edər”. (Əhməd, Müslim, ət-Tirmizi, əd-Dərimi, əl-Beyhəqi rəvayət etmişdir).

Müvəffəqiyyət Allahdandır. Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəvə əl-Ləcnə əd-Dəimə lil-Buhus əl-İlmiyyə vəl İftə, Cild 13, Səh.55, Sual 2, Fətva ? 1407


Tarix: 06.04.2013 / 14:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar