Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar buyurun oxuyun

Qadinlarin Cehennem ezabi ...
Bu mübarək hədisi imamzadə Əbduləzim
İmam Məhəmməd Təqidən (ə), o, İmam
Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o,
İmam Cəfər Sadiqdən (ə), o, İmam
Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-
abidindən (ə), o İmam Hüseyn (ə), o da atası
imam Əlidən (ə) nəql edir:
"Bir gün mən və Fatimə Allah rəsulunun (s)
yanına getdik və o həzrəti (s) ağlayan halda
gördük . Soruşdum,
ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?
Allahın rəsulu (s) buyrudu:
- Ey Əli, məni meraca apardıqları gecə
ümmətimdən olan bir dəstə qadının
cəzalandırılmasını gördüm. Mən onlara
verilən əzabın çətinliyindən heyrətə gəldim.
Məni ağladan gördüyüm cansıxıcı əzabların
təsiridir:
1. Bir qadın saçlarından asılmışdı və başının
iliyi qaynayırdı.
2. Bir qadın dilindən asılmışdı və
cəhənnəmin qaynar suyunu boğazına
tökürdülər.
3. Bir qadını sinəsindən asmışdılar.
4. Bir qadın bədəninin ətini yeyir və odda
yanırdı.
5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan
və əqrəblər bədəninə dolaşmışdılar.
6. Bir qadın ayaqlarından yanar təndirə
asılmışdı.
7. Bir qadın odda qızarmış qayçı ilə bədənini
qabaqdan və arxadan kəsirdi.
8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz
bağırsaqlarını yeyirdi.
9. Bir qadının başı it başı, bədəni eşşək
bədəni idi və o, min cür əzaba düçar
olmuşdu.
10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu
onun arxa tərəfindən girib ağzından çıxırdı.
Mələklər onun başına, bədəninə od kösəklər
vururdular.
Həzrət Fatimə (s) atasından soruşdu :
- Ey Allahın rəsulu (s), onları bu cür ağır və
dözülməz cəzalalara düçar etmiş pis
əməllərindən məni xəbərdar et.
Allahın rəsulu (s) buyurdu :
- Ey qızım, saçından asılmış qadın saçlarını
naməhrəmdən örtmürdü.
Dilindən asılmış qadın həmişə ərini (pis
sözlərlə) acılayırdı.
Sinəsindən asılmış qadın sinə və bədənini
naməhrəm kişilərə göstərirdi.
Qıçlarından asılmış və odda yanan qadın
ərindən icazəsiz evdən çıxırdı.
Bədəninin ətini yeyən qadın özünü
naməhrəm kişilər üçün bəzəyirdi.
Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər
bədəninə dolanmış qadın təmizliyinə diqqət
etmirdi (qüsüllü halda qalırdı).
Kar , kor və lal olan qadın zinadan uşaq
dünyaya gətirmiş və uşağı ərinin boynuna
atmışdi.
Bədənini odlu qayçı ilə qayçılayan qadın,
kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü
bilərəkdən naməhrəm kişilərə göstərirdi.
Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın
naməhrəm qadın və kişiləri haram iş görmək
üçün bir-birinə calayırdı.
Başı it başı, bədəni eşşək bədəni olan qadın
söz gəzdirir və çox yalan danışırdı.
İt şəkilində olan, od onun arxasından girib
ağzından çıxan qadın günah məclislərində
haram mahnılar oxuyub, başqalarına həsəd
aparırdı .
Sonra Peyğəmbər (s) buyurdu:
- Vay olsun o qadına ki, ərini qəzəbləndirər!
Xoş o qadının halına ki, həmişə əri ondan
razı olar".
Əziz müsəlman ana və bacılar, sizdən xahiş
edirik ki, həzrət peyğəmbərin (s) Merac
hədislərini oxuyub, əməl edəsiniz və onları
başqalarına da çatdırasınız .


Tarix: 04.12.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Maraqlı melumatlar
loading...