Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏSULULLAHIN ÜMMƏTİ ÜZƏRİNDƏKİ HAQLARI (Səkkizinci)

Səkkizinci, onun (s.a.v.) mövqeyində həddini aşmamaqdır. Çünki, o, Allahın qulu və elçisi idi. O, peyğəmbərlərin ən fəzilətlisi, əvvəkilərin və sonuncuların ağası, Mahmud məqamının və Cənnət hovuzunun sahibi idi.

Bunlara baxmayaraq, o yenə də bəşər övladı idi və nə özünə, nə də başqasına bir zərər və ya xeyir vermək iqtidarında deyildi. Allah taala buyurur: “De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. (əl-Ənam, 50) “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” (əl-Əraf, 188) Digər bir ayədə isə Uca Rəbbimiz buyurur: “De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! De: "Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm”. (əl-Cinn, 21-22)
Peyğəmbər (s.a.v.) başqa peyğəm¬bərlər kimi artıq ölmüşdür. Lakin onun dini Qiyamətə kimi qalacaqdır. Allah taala buyurur ki, “Şübhəsiz, sən də öləcəksən, onlar da öləcək”. (əz-Zumər, 30) Buradan da aydın olur ki, Allahdan başqa ibadətə layiq olan heç kim yoxdur. O, təkdir, şəriki yoxdur. “De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163) Peyğəmbərimiz olan Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!


Tarix: 17.04.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar
loading...