Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAMINI MARAQLANDIRAN MEQALE ?

DAIMI ƏQDIN OXUNMA QAYDASI
Daimi əqdin siğəsini oxumaq üçün qadının belə deməsi kafidir:
زَوَّجتُكَ نَفسِى علَى الصَّداَقِ المَعلُومِ
Zəvvəctukə nəfsi ələs-sədaqil-məlum - (yəni, özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim).
Kişi də ondan sonra deyir:
قَبِلتُ التَزوِيجَ
Qəbiltut-təzvicə - (yəni, bu izdivacı qəbul etdim.)
Əgər başqasını bu işə vəkil etsə, qadının vəkilinin belə deməsi kafidir:
زَوَّجتُ مُوَكِّلَتِى مُوَكِّلَكَ عَلَى الصَّداَقِ المَعلُومِ
Zəvvəctu muvəkkiləti muvəkkiləkə ələs-sədaqil-məlum- (Yəni, öz müvəkkiləmi sənin müvəkkilimin arvadlığına, müəyyən edilmiş mehriyyə əsasında keçirtdim.)
Kişinin vəkili isə deyir:
قَبِلتُ لِمُوَكِّلى
(Mən də olduğu kimi müvəkkilim tərəfindən qəbul etdim.)
Qeyri-daimi əqdin oxunma qaydası
Əgər qadın və kişinin özü qeyri-daimi siğə əqdini oxumaq istəsələr, müddəti və mehriyyəsi müəyyən olunduqdan sonra qadın
زَوَّجتُكَ نَفسىِ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ
Zəvvəctukə nəfsi fil muddətil-məluməti ələl-məhril-məlum – (Yəni, özümü müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin arvadın etdim). Sonra isə kişi zaman fasiləsi olmadan
قَبِلتُ
Qəbiltu –(bu evlənməni qəbul etdim.)
desə, kafidir. Əgər başqasını vəkil etsələr, əvvəlcə qadının vəkili kişinin vəkilinə
مَتَّعتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ
Məttətu limuvəkkiləti muvəkkiləkə fil-muddətil-məluməti ələl-məhril-məlum – (yəni, öz müvəkkilimi müəyyən edilmiş müddət və mehriyyə əsasında sənin müvəkkilimin zövcəsi etdim.) Sonra zaman fasiləsi olmadan kişinin vəkili
قَبِلتُ لِمُوَكِّلى هَكَذاَ
Qəbiltu limuvəkkili hakəza – (mən də öz müvəkkilim tərəfindən qəbul etdim.) desə, kafidir.

İzdivac nikahının şərtləri
İzdivac nikahının bir neçə şərti var:
1-Ehtiyata əsasən, onun siğəsi ərəb dilində düzgün şəkildə oxunmalıdır. Əgər qadın və kişi siğəni ərəb dilində oxuya bilməsələr, öz dillərində oxuya bilərlər və ərəb dilində siğəni oxumaq üçün vəkil tutmaları vacib deyil. Lakin, elə kəlmələrdən istifadə etməlidirlər ki, ərəbcə oxunan siğənin mənasını anlatmalıdır.
2-Siğə oxuyan şəxsin inşa qəsdi olmalıdır. Yəni bu kəlmələri deməkdə məqsədi o iki nəfərin arasında ər-arvadlıq yaratmaq olmalıdır, qadın özünü kişinin arvadı etməli və kişi də bu mənanı qəbul etməlidir. Vəkilin də məqsədi belə olmalıdı.
3-Nikah siğəsini oxuyan şəxs aqil olmalı və başqasının tərəfindən vəkil olmasından asılı olmayaraq, ehtiyata əsasən, həddi-büluğa çatmalıdır.
4-Vəliyy və yaxud vəkil nikah siğəsini oxuduqda ər-arvadı müəyyən etməlidir. Bu baxımdan, əgər bir şəxsin bir neçə qızı olsa, kişiyə “zəvvəctukə ihda bənati” (yəni, qızlarımdan birini sənin arvadın etdim) deyə bilməz.
5-Qadın və kişi öz ixtiyarları ilə izdivaca razı olmalıdırlar. Lakin, onlardan biri zahirdə könülsüzlüklə icazə versə, amma ürəkdə razı olduğunu bilsək, nikah düzgündür.
6-Nikah siğəsi düzgün oxunmalıdır. Əgər onun mənasını əvəz edəcək bir halda səhv oxusalar, nikah batildir. Amma məna əvəz olmasa, eybi yoxdur.
Ərəb dilinin qrammatikasını bilməyən, lakin nikah kəlmələrini düzgün tələffüz edən və onun mənasını da bilən şəxsin nikahı düzgündür.
Əgər bir qadının nikahını bir kişi üçün onların icazəsi olmadan oxusalar, sonradan onlar razı olub icazə versələr, nikah düzgündür.
Əgər bir qadın və kişini və yaxud onlardan birini izdivaca məcbur etsələr, lakin nikah oxunduqdan sonra razı olub icazə versə, ehtiyat vacibə əsasən, nikah siğəsini yenidən oxumalıdırlar.
Ata və yaxud atanın atası zəruri halda həddi-büluğa çatmayan və yaxud dəli uşağı evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllı olandan sonra, ehtiyat vacibə əsasən onu pozmamalıdırlar.
Həddi-büluğa çatan və rəşidə - öz məsləhətini təyin edə bilən qız bakirə olsa, ehtiyata əsasən, atası və yaxud babasının (atanın atasının) icazəsi ilə evlənməlidir. Lakin qız üçün münasib ər tapılsa və ata buna qarşı çıxsa, onun icazəsi şərt deyil. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.

Əqdi pozmağın mümkün olduğu eyblər
Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər:
1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5- Şil və şilliyinin aşkar olması; 6-Əfza olmaq (yəni, sidik və heyzin, yaxud heyzlə nəcisin məcrası bir olsa və yarıq cinsi əlaqə etmək üçün mümkün olmasın); 7-Qadında cinsi əlaqəyə mane olan artıq ət, sümük, vəz olsa.
Qadın da bir neçə halda nikahı poza bilər:
1-Ərin dəli olması; 2-Ərinin kişilik aləti olmazsa; 3-Cinsi əlaqəyə bacarığı olmasa; 4-Kişinin yumurtaları çıxarılmış olsa (bu və sabiq məsələ haqqında fiqh kitablarında geniş söz açılıb.)
Əgər qadın və ya kişi əvvəlki iki məsələdə deyilən eyblər səbəbilə əqdi pozsalar, təlaq vermələrinə ehtiyac yoxdur, həmin fəsx kafidir.
Məsələ 2041: Əgər kişinin cinsi əlaqə bacarığı olmamasına görə qadın nikahı pozsa, ər onun mehriyyəsinin yarısını ödəməlidir. Lakin, (yuxarıda) qeyd edilən digər səbəblərə görə ər və yaxud arvad nikahı pozsa, bir-birləri ilə cinsi yaxınlıq etmədikləri halda, kişinin öhdəsinə heç nə düşmür və əgər (cinsi əlaqədə) olublarsa, vacib ehtiyata əsasən, (ər) bütün mehriyyəni ödəməlidir.

Evlənmək haram olan qadınlar
İnsana məhrəm olan qadınlarla, məsələn, ana, qız, bacı, bibi, xala, qardaş qızı, bacı qızı, atanın arvadı, arvadın qızı, qaynana (bu haqda geniş məlumat veriləcək) evlənmək haramdır.
Əgər bir kişi ilə bir qadının arasında nikah əqdi oxunsa, cinsi yaxınlıq etməməsinə baxmayaraq, anası, o qadının anasının anası, onun atasının anası və beləliklə hər nə qədər getsə, kişiyə məhrəm olurlar. Lakin, arvadın qızı, qız və oğlan nəvələri, o arvadla cinsi yaxınlıq etdiyi zaman kişiyə haram olur.
Atanın bibi və xalası, atanın atasının bibi və xalası, ananın bibi və xalası və ananın anasının bibi və xalası hər nə qədər yuxarı getsə, insana məhrəmdirlər.
Ərin atası, babası və bu minvalla hər nə qədər yuxarı getsə, oğlu və ərin oğul və qız nəvələri bu minvalla hər nə qədər aşağı gəlsələr, nikahdan qabaq və sonra doğulmalarından asılı olmayaraq, bu qadına məhrəmdirlər.
Kişi bir qadını öz nikahına gətirdikdən sonra və o arvad onun əqdində olduğu zamana qədər, əqdin daimi və yaxud müvəqqəti olmasından asılı olmayaraq, arvadın bacısı ilə evlənə bilməz. Hətta, təlaqdan sonra iddəsi “rici” olsa (bu haqda “Təlaq” kitabında məlumat veriləcək), (arvad) iddə müddətini saxladığı vaxtda onun bacısını ala bilməz və müstəhəb ehtiyata əsasən, təlaqın iddəsində (bunun şərhi gələcək) və həmçinin, mütə iddəsində, müddətin tamam olmasından və yaxud müddəti bağışlamasından asılı olmayaraq, onunla evlənməsin.
Ər, arvadının icazəsi olmadan onun bacısı və yaxud qardaşı qızı ilə evlənə bilməz. Lakin, icazəsiz onların nikahı oxunsa, sonra icazə versə, əqd düzgündür.
Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Həmçinin müsəlman kişi də ehtiyata əsasən, kafir qadınla daimi əqd əsasında evlənə bilməz. Amma kitab əhlinin qadınları ilə (yəhudi, məsihi (xristian)) siğə etməyin maneəsi yoxdur.
Əgər ərli bir qadınla (bu işdən Allaha pənah aparırıq) zina etsə, o qadın həmişəlik ona haram olur. Yəni ərindən boşandıqdan sonra da (ehtiyata əsasən) onunla evlənə bilməz.
Başqasının iddəsində olan bir arvadla zina etsə, vacib ehtiyata əsasən, təlaqın rici və yaxud qeyri-rici olmasından asılı olmayaraq, o arvad ona haram olur.
Əgər iddədə olmayan ərsiz bir qadınla zina etsə, sonradan onunla evlənə bilər. Lakin, müstəhəb ehtiyata əsasən, səbr etsin, qadın heyz olandan sonra onu öz nikahına gətirsin.
Əgər başqasının iddəsində olan qadını özünə əqd etsə, kişi və qadın və yaxud onlardan biri qadının iddədə olmasını və habelə, iddədə olan qadınla əqd etməyin haram olduğunu bilsə, onunla cinsi əlaqədə olub-olmamasından asılı olmayaraq, o qadın ona əbədi haram olur. Lakin onlardan heç biri qadının iddədə olduğunu bilməyiblərsə və yaxud iddəli qadınla əqd etməyin haram olduğunu bilməyiblərsə, bir-birləri ilə cinsi yaxınlıq etdikləri halda, qadın ona haram olur; yaxınlıq etməyiblərsə qadın ona haram olmur. Əqd vəkil vasitəsi ilə oxunduğu hallarda əbədi haram hasil olmur.
Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.
Ərli qadın zina etdiyi halda ərinə haram olmur, lakin, tövbə etməyib öz əməlini davam etdirsə ərin onu boşaması yaxşıdır, amma, mehriyyəsini verməlidir. Əgər zina etməklə məşhur olsa, vacib ehtiyata əsasən, ona təlaq verilməlidir.
Əgər bir nəfər ərli qadınla (nəuzu billah) zina etsə, tövbə etmək üçün onun ərinə bir şey demək lazım deyil; Allahın dərgahında tövbə etməlidir.
Ləvat verən oğlanın (həddi-büluğa çatıb-çatmamasından asılı olmayaraq) anası, bacısı, qızı ləvat edən şəxsə haramdır. Lakin ləvat edənin həddi-büluğa çatmasında və həmçinin, düxulun hasil olub-olmamasında şəkk etdiyi halda haram olmur.
Əgər bir şəxsin anası, bacısı və yaxud qızı ilə evlənsə və evləndikdən sonra (Allah uzaq etsin) onunla ləvat etsə, onlar ona haram olmaz.
Əgər bir şəxs həcc və ümrə əməllərindən sayılan ehram halında bir qadınla izdivac etsə əqdi batildir. Beləki, əgər bu halda arvad almağın haram olduğunu bilsə, onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, heç vaxt o arvadı öz nikahına gətirə bilməz.
Əgər kişi həcc əməllərindən biri sayılan “nisa” təvafını yerinə yetirməsə, ehram bağlamaqla ona haram olan qadın halal olmur. Bu hökm qadınlar haqqında da sabitdir. Lakin, sonradan nisa təvafını yerinə yetirsələr bir-birlərinə halal olurlar.
Əgər bir şəxs həddi-büluğa çatmayan bir qızı onun vəlisinin icazəsi ilə özünə əqd etsə, qızın doqquz yaşı tamam olmayınca, onunla cinsi əlaqədə olması haramdır. Doqquz yaşdan əlavə, əgər cismi baxımdan hazır olmasa, (onunla cinsi əlaqədə olmağın) iradı var. Hər bir halda, əgər yaxınlıq edib onu ifza etsə, o qadın ona harm olmur, xüsusi ilə əgər cərrahiyyə əmaliyatı və yaxud dərman vasitəsi ilə yaxşı olub, əvvəlki halına qayıtsa. Bu baxımdan arvadla yaxınlıq məsələsində doqquz yaşın tamam olmasından əlavə, cinsi yaxınlıq üçün cismin inkişaf etməsi də lazımdır. Əgər qadının ifza və naqis olma qorxusu olsa, həddi-büluğa çatmasından asılı olmayaraq, qadınla cinsi əlaqənin iradı var.
Üç dəfə təlaq verilən qadın ərinə haram olur. Amma əgər təlaq kitabında deyilən şərtlər əsasında başqa kişi ilə nikah edib sonra təlaq alsa, birinci əri ilə yenidən ailə qura bilər.

Daimi əqdin hökmləri
Daimi əqd olunan qadın, ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir iş seçə bilməz (şifahi icazə və yaxud da bəzi əlamətlərdən razılığının məlum olmasından asılı olmayaraq) və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.
Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.
Ev işlərini görmək, yemək bişirmək, təmizlik işləri aparmaq və s. qadının vəzifəsi deyil. Əgər öz meyli ilə (işləsə) istisnadır. Əgər kişi onu bu işlərə məcbur etsə, bu işlərin müqabilində qadın ondan öz zəhmət haqqını ala bilər.
Əgər bir şeyin xərcini tələb etsə və ər verməsə, qadın onun icazəsi olmadan həmən günün xərci qədər onun malından götürə bilər və vacib ehtiyata əsasən, bu iş şəriət hakiminin icazəsi ilə olsun. Əgər özü məişətini təmin etməyə məcbur olsa, işə məşğul olduğu vaxtda ərindən itaət etməsi vacib deyil.
Kişi daimi arvadını nə ərli qadın kimi ərli, nə ərsiz qadın kimi ərsiz olması bilinmədiyi halda tərk edə bilməz. Lakin, vacib deyil hər dörd gecədən bir onun yanında qalsın. Əgər bir neçə arvadı varsa, bu cəhətdən onların arasında ədalətlə rəftar etməlidir. Bunun şərhi geniş fiqhi kitablarda verilmişdir.
Ər dörd aydan artıq arvadı ilə cinsi əlaqəni tərk edə bilməz. Əgər qadın cavan olsa, bu zamanda onun günaha düşməsi qorxusu var. Ehtiyat vacibə əsasən, elə raftar etməlidir ki, o günaha düşməsin.
Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.
Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman təyin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.

Müvəqqəti evlənmənin hökmləri
Müvəqqəti evlənmədə mehriyyənin və vaxtın miqdarı təyin edilməlidir və əks təqdirdə (bu evlənmə) batildir.
Müvəqqəti evlənmə ləzzət qəsdi ilə olmaya da bilər. Bu iş qohumların o qızla məhrəm olması məqsədi ilə də olsa caizdir, bu şərtlə ki, müvəqqəti evləndirilən qız cinsi ləzzəti dərk etmə həddində olsun. Məsələn, əgər (qız) kiçikdirsə, vaxtı o qədər uzatmalıdırlar ki, qızın (cinsi ləzzəti) dərk etmə dövranına da şamil olsun. Hətta nikahdan sonra müddəti bağışlasalar belə.
Vacib ehtiyata əsasən, müvəqqəti evlənmədə ər dörd aydan artıq yoldaşı ilə cinsi əlaqədə olmağı tərk etməməlidir.
Müvəqqəti evlənmədə qadın kişinin onunla cinsi əlaqədə olmayıb, yalnız başqa ləzətləri aparmasını şərt edə bilər. Lakin, sonradan bu işə razı olsa, (onunla cinsi əlaqədə olmağın) maneəsi yoxdur.
Müvəqqəti evlənmədə qadının xərc hüququ yoxdur, hamilə olduqda ərindən, əri də ondan irs aparmır və vacib olaraq bir yataqda yatmaq hüququ da yoxdur.
Müvəqqəti həyat yoldaşı ərindən icazəsiz evdən çölə gedə bilər, evdən xaric özünə iş seçə bilər. Əgər çölə çıxmaq vasitəsi ilə ərinin hüququ pozulsa, istisnadır.
Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.
Kişi müvəqqəti evlənmənin müddətini bağışlayaraq ona son qoya bilər. Bu halda, əgər qadınla cinsi yaxınlıq edibsə, onun bütün mehriyyəsini və əgər etməyibsə mehriyyəsinin yarısını verməlidir.
Kişi müvəqqəti evləndiyi qadınla daimi əqd edə bilər. Lakin, ilk olaraq (müvəqqəti evlənmədən qalan) müddəti bağışlayıb sonra onu (daimi) əqd etməlidir.
Müvəqqəti evlənmənin zamanı bitdikdən sonra təlaq kitabında veriləcək şərh əsasında iddəsi var və ondan dünyaya gələn uşaqlar bütün övladlıq hüquqlarına malikdirlər; ər-arvadın bir-birlərindən irs aparmamasına baxmayaraq, uşaqlar ata, ana və qohumlarından irs aparırlar.

Baxmağın hökmləri
Ləzzət qəsdi ilə baxıb-baxmamasından asılı olmayaraq, kişinin naməhrəm qadının bədəninə baxması haramdır. Qadının da naməhrəm kişinin bədəninə baxması bu hökmlə eynidir. Lakin ləzzət qəsdi, fəsad və günaha səbəb olmadan qadının üzünə, biləyinə baxmağın eybi yoxdur. Naməhrəm kişinin bədəninin adətən örtmədiyi yerlərinə, məsələn, baş, boyun, ayaq və əlin bir hissəsinə baxmaq da yuxarıdakı hökmlə eynidir.
Həddi- büluğa çatmayan qıza baxmaq ləzzət qəsdi ilə olmasa və baxmaq vasitəsi ilə günaha düşmək qorxusu olmasa, caizdir. Lakin vacib ehtiyata əsasən, adətən örtdüyü yerlərə, məsələn, baldır, qarın və bu kimi yerlərə baxılmasın.
Qadının bədənini, saçını naməhrəmdən örtməsi vacibdir və müstəhəb ehtiyata əsasən, yaxşı- pisi seçən, şəhvəti oyanan həddi-büluğa çatmayan oğlanın yanında da (bədən və saçını) örtməlidir. Lakin üzün, əlin biləyə qədər örtülməsi vacib deyil.
Başqasının cinsi orqanına güzgü, saf su və s.- vasitəsi ilə baxmasından, məhrəm, naməhrəm, kişi və yaxud qadın olmasından asılı olmayaraq, baxmaq haramdır və vacib ehtiyata əsasən, yaxşını pisdən seçə bilən uşağın cinsi orqanına da baxmamalıdırlar. Lakin ərlə arvad bir-birlərinin bütün bədənlərinə baxa bilərlər.
Bir-birləri ilə məhrəm olan kişi və qadın (bacı- qardaş kimi) məhrəmlər arasında adət olan qədər bir-birlərinin bədəninə baxa bilərlər; bundan qeyri halda, ehtiyata əsasən, baxmamalıdırlar.
Kişi ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxa bilməz və qadının da ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.
Kişinin naməhrəm qadının şəklini çəkməsi haram deyil. Əgər çarəsizlikdən qadının üz və əlindən başqa bədəninə baxmalı olsa, istisnadır.
Qadın dini hicabını qoruduğu halda onun hicabsız şəklinə baxmağın iradı var. Əgər onu tanımasa və baxmaq nəticəsində bir fəsad üzə çıxmasa, istisnadır.
Əgər həkim və yaxud tibb bacısı çarəsizlikdən xəstənin cinsi orqanına əl vurmalı olsa, əlinə əlcək və s. geyinməlidir. Həmçinin kişi həkim və tibb köməkçisi çarəsizlikdən qadının və yaxud qadın həkim və tibb bacısı kişinin bədəninə əl vurmalı olsa, (əlinə əlcək və s. geyinməlidir). Lakin, çarəsizlikdən və zəruri halda eybi yoxdur.
Zəruri halda kişi həkimin naməhrəm qadına müayinə və müalicə üçün baxması caizdir.
Vacib hicab məsələsində qadın bədəninin üz və əlinin biləyə qədər hissəsindən başqa yerini hər vasitə ilə örtə bilər, xüsusi paltar şərt sayılmır. Lakin dar, bədənə yapışan və habelə bəzək paltarlarını geyinməyin eybi var.
Kişinin evlənmək istədiyi qadının bədəninə yaxşı- pis xüsusiyyətlərini öyrənmək məqsədi ilə baxması caizdir. Əgər bir dəfə baxmaqla məqsədi hasil olmasa, bir neçə dəfə, müxtəlif məclislərdə (onun bədəninə) baxa bilər.
Ləzzət qəsdi və günaha düşməyə səbəb olmadığı halda naməhrəm qadının səsini eşitməyin eybi yoxdur. Lakin, qadın səsinin tonunu təhrik edici etməməlidir.
Məhkəmədə şahid durmaq və bu qəbildən olan digər mühüm işlərlə əlaqədar naməhrəm qadını tanımaqdan ötrü ona baxmaq caizdir.

Evlənmənin müxtəlif məsələləri
Əgər nikahda qadının bakirə olmasını şərt bilsələr, sonradan qadının bakirə olmaması məlum olsa, izdivacı poza bilərlər.
Vacib ehtiyata əsasən, naməhrəm kişi və qadın heç kəsin olmadığı və gələ bilmədyi xəlvət yerdə qalmasınlar. Hətta orada namaz qılsalar belə, onların namazları iradlıdır.
Əgər kişinin məqsədi əvvəldən mehriyyəni ödəməmək olsa, əqd düzgündür və ona mehriyyəni ödəmək vacib deyil.
Müsəlman atadan dünyaya gələn müsəlman şəxs mürtəd olsa, yəni Allahı, Peyğəmbəri (s) və yaxud İslam dininin bariz hökmlərindən birini, məsələn namazı, orucu inkar etsə və onları inkar etməyin mənası, Allahı, Peyğəmbəri (s) inkar etmək olsa, onun izdivacı batil olur və həyat yoldaşı ondan uzaqlaşıb vəfat iddəsi, yəni əri ölən qadın iddəsi saxlamalıdır və sonradan evlənə bilər. Əgər qadın yaisədirsə (aybaşı olmursa) və yaxud bu vaxta qədər cinsi yaxınlıq etməyibsə, iddə saxlaması lazım deyil.
Əgər nikah zamanı ər öz həyat yoldaşını müəyyən bir şəhərdən başqa yerə aparmamasını şərt etsə, kişi onu o şəhərdən başqa yerə apara bilməz. Əgər onun razılığı olsa, istisnadır.
Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Qeyri-qanuni yolla hamilə olan qadının uşağını abort etməsi caiz deyil, onun övladı hesab olunur, yalnız ondan irs aparmır.
Əgər bir şəxs ərsiz və başqasının iddəsində olmayan bir qadınla zina etsə, sonradan onu əqd etməsi caizdir. Əgər sonra onlardan bir uşaq dünyaya gəlsə, halal və yaxud haram nütfədən olduqlarını ayrıd edə bilməsələr, o uşaq halalzadədir.
Əgər qadın “ərim yoxdur” desə, onun sözünü qəbul etmək olar, bir şərtlə ki, müttəhim olmasın. Əgər yaisə olduğunu desə, onun iddiasını qəbul etməyin iradı vardır.
Bir nəfər hansısa bir qadınla evlənsə və digər bir şəxs o arvadın ərli olduğunu söyləsə və qadının özü ərsiz olduğunu desə və həm də şəriət hökmlərinə əsasən (bu) məsələ sübuta yetməsə, qadının sözü qəbul edilməlidir. Lakin etimadlı bir mömin onun ərli olmasını təsdiq etsə, vacib ehtiyata əsasən, ona təlaq verməlidir.
Həddi-büluğa çatmış qızı ərə verməkdə tələsmək müstəhəbdir. Həmçinin, arvada ehtiyacı olan oğlan üçün arvad almaq da eyni hökmdədir.
Zinadan dünyaya gələn bir şəxs evlənib, uşağı olsa, o uşaq halalzadədir.
Əgər bir kişi mübarək ramazan ayı günündə və yaxud arvad aybaşı olduğu zaman onunla cinsi əlaqəyə girsə, günah etmişdir, lakin, onlardan dünyaya gələn uşaq halalzadədir.
Əgər bir qadın ərinin səfərdə ölməsinə yəqin etsə və vəfat iddəsi (təlaqın hökmlərində deyiləcək qədər) saxlayıb, sonra ərə getsə və sonradan əri səfərdən qayıtsa, ikinci ərindən ayrılmalıdır və birinci ərinə halaldır. Əgər ikinci əri onunla cinsi əlaqədə olubsa, qadın iddə saxlamalıdır və vacib ehtiyata əsasən, ikinci ər onunla bağladığı şərt əsasında mehriyyəsini ödəməlidir və əgər mehrul-misl (onun kimilərə layiq olan mehriyyə) çoxdursa, onu ödəməlidir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 595 Bölmə: Maraqlı melumatlar
loading...