beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏR CƏHƏNNƏM ƏHLİNİ TƏSVİR EDİR

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Əyyub Ənsarinin evində səhabələri ilə söhbət edirdi. O həzrətin yanında əyləşmiş Məaz ibn Cəbəl aşağıdakı ayədən söz açıb təfsirini soruşdu:

“Sur (qiyamət günündə Israfilin üfürəcəyi şeypur) çalınacağı gün dəstə-dəstə (məhşərə) gələcəksiniz” (Nəbə, 18). Peyğəmbər buyurdu: “Ey Məaz! Çox böyük və mühüm məsələni soruşursan”. Sonra o həzrət ağlamağa başladı; belə ki, göz yaşları mirvari kimi kirpiklərindən süzülürdü. Buyurdu: “Ümmətimdən on dəstə qiyamət günündə başqa müsəlmanlardan ayrılmış və müxtəlif sifətlərə dönmüş halda məhşərə gələcək. Bəziləri meymun sifətində məhşərə sürüklənəcəklər; bunlar xəbərçilər və sözgəzdirənlərdir. Bəzilərinin qiyafəsi donuz şəklində olacaq; bunlar haram yeyənlərdir (yəni murdar qida yeyənlər və ya başqasının malını haramlıqla qəsb edənlərdir). Bəzilərini başıaşağı çevrilmiş halda məhşərə gətirəcəklər; bunlar faizlə pul verib sələm yeyənlərdir. Zalımlar məhşərdə kor, özünü öyən xüdpəsəndlər isə lal və kar olacaqlar. Bəziləri dişləri ilə dilini çeynəyəcəklər; öz elminə əməl etməyən alimlər və nahaq hökm verən hakimlər bunlara aiddirlər. Onların ağzından elə bir üfunət gələcək ki, bütün məhşər əhli bu qoxudan narahat olacaq. Bəzilərini əl-ayaqları kəsilmiş halda haqqın divanına gətirəcəklər; bunlar öz qonşularına əziyyət verənlərdir. Bəzilərini yanan budaqlardan asacaqlar; bunlar zalım hökmdar üçün xəbərçilik edən, camaatdan çuğulluq edib ev yıxan adamlardır. Bir qism insanların isə qoxusu çürümüş meyit iyindən də pis olacaq; bunlar şəhvətə aludə olan, əyyaşlıq edən və Allahın haqqını (ibadətini) yerinə yetirməyənlərdir. Nəhayət, bir dəstə odlu paltarların içində məhşərə girəcək ki, bunlar təkəbbür və qürur əhlidir”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Maraqlı melumatlar