beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖZÜ HARAMDAN ÇEVİRMƏYİN FAYDALARI

1.Gözü haramdan çevirməyin birinci faydası Allahın əmrinə tabe olmaqdır. Allahın əmrinə tabe olmaq isə bəndənin dünyada və axirətdə səadətinin qayəsidir. Bəndənin də dünyada və axirətdə Rəbbinin əmrlərini yerinə yetirməkdən daha mənfəətli bir şey yoxdur. Dünyada və axirətdə xoşbəxt olan yalnız Allahın əmrlərini yerinə yetirdiyinə görə xoşbəxt olmuşdur.

Dünyada və axirətdə bədbəxt olan da yalnız Allahın əmrlərini zay etdiyinə görə bədbəxt olmuşdur. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin. Çünki evlənmək gözü haramdan daha çox qoruyar və iffəti də qoruyar. Kim evlənməyə müqtədir olmazsa oruca sarılsın. Çünki oruc onun üçün şəhvəti qıran bir şeydir»(Müslim 1400.)

2. Əgər bir kimsə gözünü haramdan çevirərsə o, zəhərli oxun qəlbə çatmasına (təsir etməsinə) mane olar. Ola bilər ki, o zəhərli oxda onun həlakı vardır. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən qəflət (təsadüfü) nəzər barəsində soruşdum o, gözümü çevirməyimi buyurdu»(Muslim «Ədəb» 3/1699, H. 45, 2159, Tirmizi «Ədəb» 8/18, H. 2777, Əbu Davud «Nigah» 2/246, H. 2148, İmam Əhməd 1/159.)
Qəflət nəzər odur ki, insanın qəsdi olmadan baxmasıdır. Əvvəlində günah yoxdur, lakin davamlı edərsə artıq günah qazanmış olar. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əli! Sən baxışın ardınca baxış etmə. Həqiqətən birinci sənin leyhinə, ikinci isə əleyhinədir». Çünkü ikinci baxış sənin ixtiyarınladır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cərir - radıyallahu anhu – ya baxışını davamlı etdirməyib, gözünü çevirməsini əmr etmişdir. Çünkü baxışı davam etdirmək təkrar-təkrar baxmaq kimidir. Cabir rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir qadın görmüş və yoldaşı Zeynəb nin yanına gələrək (dəri işi ilə məşğul idi) ehtiyacını ödədikdən sonra səhabələrin yanına çıxdı: «Şübhəsiz ki, qadın şeytan surətində gəlir və gedir. Biriniz qadın gördükdə həmən ailəsinin yanına getsin. (Başqa rəvayətdə: Birinizin bir qadın xoşuna gələr və könlünə düşərsə, həmən öz yoldaşının yanına gedərək onunla yaxınlıq etsin). Çünkü belə etməsi nəfsində olanı müalicə etməyə bərabərdir»(Muslim «Nigah»2/1021, H. 1403, Əbu Davud «Nigah» 2/246, H. 215)

3. Gözü haramdan çevirmək insanın qəlbində Allahla ünsiyyət yaradır ki, bu da qəlbin Allaha yönəlməsini (toplanmasını) yaradır. Gözü sərbəst harama baxmaqda buraxmaq qəlbi dağıdar, parçalayar. İnsanın qəlbini Allahdan uzaqlaşdırır və qəlb üçün gözü buraxmaqdan daha zərərli bir şey yoxdur. Həqiqətən harama baxmaq insanla Rəbbi arasında sıxıntı yaradır.

4. Gözü haramdan çevirmək insanın qəlbini gücləndirir və onu fərəh (sevinc) içində edir. Gözü harama baxmaqda buraxmaq qəlbi zəiflədir və qəlbi kədərləndirir. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»(Müslim 338. )

5.Gözü harama baxmaqdan çevirmək qəlbdə nur yaradır. Bu gözə, üzə, və digər orqanlara da yayılar. Harama baxmaq isə qəlbdə də, orqanlarda da zülmət yaradır. Buna görə də Allah Nur ayəsini gözü haramdan çevirmək ayəsindən bir başa sonra gətirmişdir. «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Allah ayıb yeri qorumazdan əvvəl gözü qorumağı əmr etdi. Çünki insanın zinaya düşməsi gözü səbəilədir. Sonra bu ayənin ardıyca «Allah göylərin və yerin nurudur» (ən-Nur 35). Əgər qəlb nurlanarsa bütün xeyirlər hər bir tərəfdən ona yönələr. Həmçinin də əgər qəlb zülmətləşərsə bütün bəla buludları, şər ona gələr. Qəlb zülmətləşəndən sonra ora bidət, zəlalət, nəfsə tabe olmaq, düz yoldan uzaqlaşmaq, xoşbəxtçilik səbəblərindən üz döndərmək, bəd-bəxtçilik səbəbləri ilə məşğul olmaq kimi xəstəliklər yönələr. Bunun da qarşısını alan nurdur. Əgər o, qəlbdəki nur yoxa çıxarsa o, qəlb sahibi kor kimi olar. Zülmət içərisində gedən birisi kimi.

6.Gözü haramdan çəkmək insanda doğru-düzgün fərasət yaradır. İnsan onunla haqqı batildən, yalanı doğrudan ayırd edə bilir. Sələflər deyərdilər: «Əgər bir kimsə zahirini Sünnəyə tabe olmaqla təmin edərsə, batinini daima Allahın nəzarəti altında hiss edərsə, gözünü haramlardan çevirərsə, nəfsini şübhələrdən qoruyarsa və halal ilə qidalanarsa onun fərasəti boşa çıxmaz». Allah əməlinə görə ona ya mükafat verir, ya da cəzalandırır. Əgər bir kimsə Allah rizası üçün bir şeyi tərk edərsə Allah ondan da xeyirlisi ilə onu əvəz edər. Əgər bir kimsə gözünü Allahın haram etdiyi şeylərdən (naməhrəmdən) çevirərsə Allah onun bəsirətinə nur verər, gözünü həps etdiyinə görə. Çünkü fərasətdə nurun nəticəsidir. Allah o, kimsə üçün elm və bəsirət qapısını açar, düzgün fərasət qapısını açar, bu fərasət də yalnız qəlbin bəsirəti ilə bilinir (gözlə deyil). Bunun da əksini Allah Lut qövmünü korluqla, bəsirətin korluğu ilə vəsf etmişdir. Necə ki, Allah and içir ki: «And olsun ki, onlar öz sərxoşluqları içərsində çaşqınlıq içərisindədirlər». (Allah onları sərxoşluqla vəsf etdi. Bu da ağlın korlanması, həmçinin də AMƏH – bəsirətin korlanmasıdır. İnsanın şəkillərlə bağlanması ağlın korlanmasını, bəsirətin və qəlbin korlanmasını vacib edir.

7. Gözü haramdan çevirmək qəlbdə sabitlik, şücayət və qorxmazlıq yaradır. Allah o, kimsədə zahiri gücü cəm edir. Sələflər deyirlər: «O, kəs ki, nəfsi istədiyinə zidd çıxar şeytan onun kölgəsindən də qorxar». Sən bunun əksini nəfsi istədiyinə tabe olanda görürsən. Nəfsin zəlil olması, alçaq olmasını Allah özünə qarşı çıxanda qoymuşdur. Kim Allaha qarşı çıxarsa zəlillik onda olmalıdır. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onlar nə etsələr də bu asiliyin zəlilliyi onların boyunlarındadır. (Vəzifəsindən, gücündən və şəxsiyyətindən aslı olmayaraq). Allah özünə asi olanı mütləq zəlil edər». Allahın izzəti, şərəfi özünə itaətdə yanaşı tutmuşdur. «İzzət, sadəcə Allahın, Peyğəmbərin və möminlərindir. Lakin münafiqlər bunu bilməzlər». (əl-Munafiqun 8). «Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə siz çox yüksəkdə durursunuz». (Ali İmran 139). Zəlillik isə günahla yanaşıdır. Bir kimsə izzəti, şərəfi istəyirsə bunu Allaha itaətdə, zikr etməkdə, saleh əməl işləməkdə axtarsın. «Hər kəs izzət-qüdrət, şərəf-şan istəsə, bütün izzət-qüdrət, şərəf-şan ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl qaldırar». (Fatir 10). Kunut duasında da gəlmişdir ki: «Sənin dost tutduğun kimsə zəlil olmaz, Sənin düşmən kəsildiyin kimsə də izzətli olmaz». Əgər bir kimsə Allaha itaət edərsə artıq Allah onu dost tutmuşdur və onun itaətinin miqdarında da izzətdən payı vardır. Əgər bir kimsə Allaha qarşı çıxarsa Allah onu düşmən tutmuşdur asilik etdiyinə görə. Onun günahının miqdarına görə də onun zəlillikdən payı vardır. Günah nə qədər çox olarsa zəlillik də bir o, qədər artar.

8. Gözü haramdan çevirmək şeytanın qəlbə olan girişinin qarşısını alır. Çünki şeytan qəlbə baxışla daxil olur. Küləyin boş yerə daxil olmasından da sürətli şeytan harama baxmaqla insanın qəlbinə daxil olar, nüfuz edər. Şeytan o, baxdığı insanın surətini (şəklini) onun qəlbində bəzəyər. Onun baxdığı qadını onun qəlbində bir bütə çevirər. İnsanın qəlbi də o, bütə qapanar. Sonra şeytan ona vəd (arzu) verər. Onun qəlbində şəhvət alovunu yandırar. Ona günahların odununu atar. Elə bir od ki, əgər bu şəkillər (surət) olmasaydı ona çata bilməzdi. Artıq bununla qəlb alov içərisində olur. Həmçinin o, odun təsirindəndir ki, insanda ağrılar, acılar olur. Qəlbi hər tərəfdən od bürümüşdür. Təndirin içərisində olan bir qoyun kimi. Buna görə də haramlara baxan şəhvət sahiblərinin cəzası bərzəx həyatında onlar üçün oddan bir təndir olacaqdır. Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər… Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır»(Buxari. )

9. Gözü haramdan çevirmək insanın qəlbinin öz xeyirləri üçün fikirləşməyə və o, xeyirləri ilə məşğul olmağa yönəldir. Əgər gözünü haramlardan çevirərsə insan xeyirli işlər barəsində fikirləşər və o, işlərlə məşğul olar. Lakin insanın haramlara baxması ona öz xeyirlərini unutdurur. Bir baxış bu xeyirlər arasında bir maneə olur. Bununla harama baxan insanın işləri zay olur. Artıq öz nəfsi istəklərinə tabe olur və Rəbbinin zikrindən də qafil olur. «Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!». (əl-Kəhf 28). Gözü harama baxmaqda buraxmaq bu üç işi vacib edir. İnsanın işi zay olur, nəfsinə tabe olur və Rəbbinin zikrindən qafil olur.

10. Həqiqətən də göz ilə qəlb arasında bir yol vardır. Onun saleh olması ilə düzəlir, korlanması ilə də korlanır. Əgər qəlb korlanarsa göz də korlanar, əgər baxış korlanarsa qəlb də korlanar. Həmçinin düzəlmək tərəfdən də belədir. Göz korlandıqda qəlb də korlanır, zay olur və artıq qəlb (nəcasət) atılan bir zibilliyə çevrilir. Artıq o, qəlb Allahın bilgisi, sevgisi, Allaha qayıtmaq üçün bir yaşayış yerinə çevrilmir. Bu qəlbdə bu kimi şeylərin yalnız ziddi yerləşir. Alimlər bu bədəndə olan üzvləri (göz, qulaq, dil, əl, ayaq) çaylara, qəlbi isə bir hovuza bənzədiblər. Əgər insan bu əzalarını xeyirli şeylərdə istifadə edərsə hovuza (qəlbə) təmiz su axar. Əgər haramlara istifadə edərsə o, hovuza çirkab sular axar və hovuz da zibilliklə dolar.

11. Gözü haramdan qorumaq qəlbi şəhvətin əsarətindən qurtarar. Əsil əsir şəhvəti və havasının əlində əsir olandır.
12. Gözü haramdan qorumaq ilə qəlb həsrət acısından qurtulmuş olur. Çünkü gözün sərbəst buraxılması həsrətin davamlılığını vacib edər. Ox ovun üzərində nə kimi iz buraxırsa baxışlar da o, izləri buraxır. Öldürməsə də yaralayır.
13. Gözü haramdan qorumaq Cəhənnəmə açılan qapılardan birini bağlar. Çünkü baxmaq əmələ aparan şəhvət qapısıdır.
14. Gözü haramdan qorumaq ağla güc və səbat verir. Ağlın qüvəsinə qüvvət verir. Gözün harama buraxılması isə ağlın bəsit və küt olmasına, həmçinin irəli düşünməsinin qarşısını alır. İnsanın dünya görüşünün olması, onun himməsi, irəlini görməsi ağlın önəmli bir özəlliyidir. Baxışlarına sahib olmayan kimsə bu baxışların onun əleyhinə hansı cinayətləri etdiyini bilsəydi gözünə sahib olardı.
15. Gözü haramdan qorumaq qəlbi şəhvət sərxoşluğundan və qəflət yuxusundan qurtarar. Gözün buraxılması Allahdan və Axirət yurdundan qəflət qalmağa və eşq sərxoşluğuna düşməyə səbəbdir. Həqiqətən baxış bir içki qədəhi, eşq də o, şərabın verdiyi sərxoşluqur. Eşq sərxoşluğu içkinin verdiyi sərxoşluğundan daha təhlükəlidir. İçki sərxoşluğundan ayılan kimsə, eşq sərxoşluğundan ayılmaya bilər. Eşq sərxoşluğundan ayılan azdır. Onlar da gözlərini ölülər diyarında açarlar. Ey qardaşım! Sən İblisin oxundan həzər et. O, səni öldürməsə də qəlbini yaralayar. O, yara da o, qədər çox olar ki, sonda səni həlak edər.
Ey insan! Allahın şiddətli əzabından çəkin. Bu hissiyatları verən onları almağa, cəzalandırmağa və səni bundan məhrum qoymağa da qadirdir. «(Ya Rəsulum!) De ki: Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəkləri-nizə də möhür vursa, onları sizə Allahdan başqa kim qaytara bilər? Gör biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər». (əl-Ənam 46). Göz Allahın verdiyi bir nemətdir. Bəndəyə də lazımdır ki, gözü barəsində Allahdan qorxsun. Onu harama çevirərsə ondan məhrum olmaq cəzasından qorxsun. Şair deyir ki: «Bütün hadisələrin başı baxışdandır, böyük odda balaca qığılcımdan yaranır».
Həmçinin bəndə gözü haramdan qorumaq barəsində Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəd vermiş olduğu mükafatı düşünsün. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə altı şeyi zəmanət verərsə mən də ona Cənnəti zəmanət verərəm: Danışdığınız zaman doğru danışın, vəd verdiyiniz zaman yerinə yetirin, əmənat verildiyi zaman qaytarın, ayıb yerlərinizi qoruyun, gözlərinizi haramdan çevirin və əllərinizi (haramdan) saxlayın»(İmam Əhməd «Musnəd», əl-Albani «Səhih» 1470. )

İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə tərcümə edərək toplayıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizə ümüd edirəm.
Göylərin və yerlərin, aləmlərin yaradıcısı, yarat-dıqlarının keçmişini və gələcəyini bilən Allahım! Bizim dünyamızı və axirətimizi faydalı et. Öyrət-diklərini mənim üçün faydalı et, mənə fayda verəcək şeyləri mənə öyrət və elmimi artır. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümüd etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et» (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvülərinə, əshabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərinə olsun


Tarix: 13.04.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 586 Bölmə: Maraqlı melumatlar