beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternet,çat Hokmleri.oxuyun.

İnternetlə bağlı bəzi şəri məsələlər
Sual: İnternetdə kişi və qadınların
bir-birləri ilə "Çat" etmələrinin
hökmü nədir?
Cavab: Əgər günaha düşmək
mövzusunda təhlükəsizlik hiss
edilmirsə və insanı günaha
sürükləyirsə, haramdır.
Sual: Oruc tutmuş bir insanın
normal olmayan internet
səhifələrinə baxmasının hökmü
nədir?
Cavab: Orucu batil etməz. Lakin
şəri olaraq bəzi şeylərə
baxmamaq lazımdır.
Sual: İnternetdə olarkən, bəzən
şəri olmayan şəkillər ilə
qarşılaşırıq, bunun qarşısında
vəzifəmiz nədir?
Cavab: Şəri olmayan şəkillərə
şəhvətlə baxılmamalıdır, hətta
şəhvət qəsdi olmadan belə
baxmaq vacib ehtiyata əsasən
caiz deyil.
Sual: İnternetdə açıq-saçıq
qadınların şəkillərinə evli bir
kişinin harama düşməmək
şərtiylə baxmasının hökmü nədir?
Cavab: Şəhvət qəsdilə baxmaq
haramdır, vacib ehtiyata əsasən
şəhvətsiz baxmaq da haramdır.
Sual: Qadın və ya kişi olduğunu
bilmədiyimiz biriylə "Çat" etmənin
hökmü nədir? Əgər qadın və ya
kişi olduğunu bilsək hökmü
nədir?
Cavab: İki surətdə də haram
işləmə qorxusu varsa caiz deyil.
Sual: Evli insanların internetdə
yalnız normal bir şəkildə söhbət
edərək "Çat" etmələrinin hökmü
nədir?
Cavab: Ləzzət və günaha düşmə
ehtimalı yoxdursa, qorxusu
yoxdur.
Sual: Müsəlman olmayan qadınlar
ilə təhrik edici "Çat" etmənin
hökmü nədir? Eyni şəkildə
Müsəlman olmadıqlarına görə
onlardan pis şəkildə
faydalanmanın, hökmü nədir?
Cavab: Haramdır.
Ayətullah əl-Uzma Seyyid Əli
Hüseyni Sistaninin fətvalarına
əsasən... -


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar