beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YANLIŞ ANLAYIŞ VƏ ŞÜBHƏLƏR

1. İSLAM QADINI ALÇALDIR
Qeyri-müsəlmanlar tərəfindən İslam dininin bir çox yönlərinin hələ də dərk olunmaması həqiqətinin davam etməsinə baxmayaraq, islam dininin qadınlara qarşı münasibətinə dair cahillik, düzgün təbliğatın aparılmaması, informasiyaların çatdırılmaması, əsli olmayan səhv mənbələrdən istifadə və islam ilə əlaqəsi olmayan şəxslərdən sitatlar gətirilməsi və yanlış fərziyyələr çox güman ki, bunların içində ən dəhşətlisidir. Qurani Kərimin çox sayda ayələri bəyan edir ki, kişilər və qadınlar Allahın dərgahında bərabərdirlər.

Islamın təlimlərinə görə, Allah dərgahında insanları bir-brindən fərqləndirən yeganə şey Allaha qarşı olan təqvalarıdır (Allahın əmrlərini yerinə yetirmək və qadağanlarına çəkinməyin dərəcəsi). Bu səbəbdən, insanların bir çoxu İslam dininin hələ 1400 il bundan əvvəl qadınlara haqqlarının tanınmasını aşkar etdikdə təəccüblənirlər. Halbuki Avropa və Amerikada qadınların haqqları yaxın keçmişdə tanınmışdır. Məsələn, İslam dini açıq-aydın bildirir ki, qanunla qadın tam hüquqa malikdir və kişi ilə mənəvi cəhətdən bərabər hüquqa malikdir. Həmçinin, İslama görə qadınlar mülkiyyətə sahib olma, biznes qurmaq və eyni işə görə bərabər paya sahib olmaq haqqına malikdir. Qadınlar məxsus olduqları var dövlət ilə əlaqədar tam idarəetmə hüququna malikdirlər. Onların iradələrinin əleyhinə qarşı gəlmək olmaz. Evləndikdə qadınlara öz soyadlarını qorumaq haqqı tanınır.

Bundan əlavə, mirasa sahib olmaq və laqeydlik və yaxud həyat yoldaşları tərəfindən pis davranış gördükləri zaman nigahlarının ləğv olunmasında haqqlara sahibdirlər. Həmçinin, İslam qadını “şərli şəhvətçi” olaraq vəsf etmir. “İlk günaha” görə qadını ittiham etmir. İslamda qadınlar kişilərin iştirak etdiyi bütün ibadət formalarında iştirak edirlər.

Həqiqətdə, 1400 il bundan əvvəl islam dininin qadınlara tanıdığı haqqlar, demək olar ki Qərb dünyasında hələ də 1900-cu illərə qədər eşidilmirdi.

İngiltərə və Amerikada 50 il bundan az bir müddət əvvəl qadın atasının və yaxud ərinin birgə imzası olmadan ev və yaxud mənzil ala bilmirdi! Bundan əlavə, islam qadına və onun cəmiyyətdə fəaliyyətinə böyük yer verir. Onlara miras haqqı, istədikləri şəxs ilə ailə qurmaqda seçim etmək və bir çox digər haqqlar bəxş etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləm misiyası cahiliyyə cəmiyyətində qadınlara dair mövcud olan dəhşətli, iyrənc adət ənənələrə son qoydu. Məsələn, Qurani Kərim körpə qız uşaqları doğulduğunda müşrik, bütpərəsət Ərəblərin onları öldürməsinə dair adət-ənənəyə son qoydu.
Bundan əlavə, o zamankı Ərəblərin məhdudiyyətsiz çoxarvadlılıq prinsipinə məhdudiyyət qoydu və qadının sağlamlığını, rifahını qorumaq üçün onların əvəzinə bir çox qanunlar gətirdi. Bu gün, qadınların statusu ilə əlaqədar iddia edilən islahatların əksəriyyəti Qərb dünyası dini dünyəviliyə tərk etdikdən sonra ortaya çıxmışdır. Hətta Qərbdə “Yəhudi-Xristian adət-ənənələrinə” riayət etdiklərini iddia edənlər əslində Qərb liberalizminin dəyərlərinə riayət edirlər. Lakin sadəcə onlar öz həmvətənlərindən bu prinsiplərə daha az riayət etməkləri ilə fərqlənirlər. Bu mövzuda daha çox oxumaq istəyənlər: “Yəhudi-Xristian Ənənəsində Qadınlardan fərqli olaraq İslamda Qadın---Əfsanə və Həqiqət-kitabına müraciət edin. Bu gün müsəlman dünyasında qadınların haqqları yoxdursa, bu o demək deyildir ki, İslam dini onlara haqq tanımamışdır. Problem ondan ibarətdir ki, bir çox yerlərdə özgə, xarici adət-ənənələr İslamın təlimlərini kölgə altında qoymuşdur. Bu isə ya müsəlmanların cahilliyi (dinləri haqqında savadsız olmaları) səbəbindən, ya da Qərb dünyasının apardığı müstəmləkəçilik siyasəti nəticəsində hasil olmuşdur.

ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.


Tarix: 15.04.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqlı melumatlar